Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
21.06.2021

“Azərbaycan dilinin orfoepiya normaları” təsdiqlənib

“Azərbaycan dilinin orfoepiya normaları” təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

“Azərbaycan dilinin orfoepiya normaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2021-ci il 18 iyun tarixli 175 nömrəli Qərarına dair Xülasədə bildirilir:

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan dilinin orfoepiya normalarını təsdiq edən orqan kimi Nazirlər Kabineti müəyyən edilib.

Nazirlər Kabinetinin 2020-ci il 25 avqust tarixli 495s nömrəli Sərəncamının 1-ci hissəsi ilə Azərbaycan Milli Elmlər Akademiyasına “Azərbaycan dilinin orfoepiya normaları”nın layihəsinin hazırlanması tapşırılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssislərinin iştirakı ilə yaradılmış İşçi Qrupu tərəfindən “Azərbaycan dilinin orfoepiya normaları”nın layihəsi işlənilib hazırlanıb, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmaqla, Nazirlər Kabinetinə təqdim edilib. Həmin layihə Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının sədri ilə razılaşdırılıb və Nazirlər Kabinetinin 2021-ci il 18 iyun tarixli 175 nömrəli Qərarı ilə qəbul edilib.

Orfoepiya düzgün tələffüz normaları sistemidir. Bu normalar müasir Azərbaycan ədəbi dilində işlənən müəyyən söz və şəkilçilərin, eləcə də ixtisarların düzgün tələffüzü qaydalarının tətbiqi məqsədilə hazırlanmışdır.

Qeyd edək ki, orfoepiya normalarının tərtibində sözlərin və şəkilçilərin yalnız müasir Azərbaycan ədəbi dilindəki mövcud tələffüz qaydaları əsas götürülüb. Müasir Azərbaycan ədəbi dilinin tələffüz qaydaları Əbdüləzəl Dəmirçizadə, Məmmədağa Şirəliyev, Ağamusa Axundov, Əziz Əfəndizadə kimi bu sahə üzrə görkəmli dilçi alimlərin tədqiqatlarına uyğun şəkildə hazırlanıb. Bundan əlavə, orfoepiya normalarının layihəsinin ilkin variantına akademik Nizami Cəfərov, Dövlət Dil Komissiyasının üzvü professor Buludxan Xəlilov, Nəsir Əhmədli və digər mütəxəssislər tərəfindən kiçik qeydlərlə müsbət rəylər verilib və iradlar nəzərə alınıb. Ümumiyyətlə, orfoepiya normaları layihə şəklində rəy üçün Təhsil Nazirliyinə, Terminologiya Komissiyasına, Mətbuat Şurasına, Ədliyyə Nazirliyinə təqdim edilib və müəyyən iradlarla müsbət rəylər alınıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.