Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
10.06.2021

DİLÇİLİK İNSTİTUTUNUN MAGİSTRANTLARI MAGİSTR DİSSERTASIYALARINI UĞURLA MÜDAFİƏ ETMİŞLƏR

İyunun 9-da Nəsimi adına Dilçilik İnstitutunda 2021-ci tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübəsini uğurla başa vurmuş II kurs magistrantlar Aytən Abbasova, Tünzalə İsmayılova və Xəyal Əsgərlinin Dilşünaslıq- Qədim dillər (Dillər və sahələr) ixtisaslaşmaları üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib. Müdafiə prosesində AMEA Rəyasət Heyəti Təhsil şöbəsinin müdiri vəzifəsini icra edən fiz.ü.f.d. Qafil Dəmirov, Magistratura sektorunun müdiri Ramin Həsənov iştirak etmişlər.
İclası Nəsimi adına Dilcilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu açıb. Çıxışında Dilçilik İnstitutunda qədim dillər üzrə magistr təhsilinin uğurla davam etdirildiyini qeyd edən akademik, bu sahə üzrə kadrların yetişidirilməsinin əhəmiyyətindən, dövlətin dil siyasətinin bir davamı olaraq mühümlüyündən bəhs edib.


Sonra İxtisaslaşdırılmış müdafiə şurasının katibi fil.ü.f.d., dos. Elnarə Əliyeva ardıcıl olaraq iddiaçılar: Tünzalə İsmayılova, Xəyal Əsgərli və Aytən Abbasovanın tərcümeyi-halı, ümumi müvəffəqiyyət göstəriciləri, magistratura təhsili müddətində göstərdiyi elmi nəticələrlə komissiya üzvlərini tanış edib. Fil.ü.f.d., dos. Qətibə Quliyevanın elmi rəhbərliyi altında Qədim türk dili ixtisaslaşmasında “Yenisey abidələrində tematik söz qrupları”, fil.e.d. İlhami Cəfərsoyun (əvvəllər prof.Aslan Məmmədli) elmi rəhbərliyi altında Qədim ibri dili istiqaməti üzrə “Breyşitdə uslubi ekspressiya” və Qədim gürcü dili istiqamətində “Qədim İver salnaməsinin onomastikası” mövzularında magistr dissertasiya işləri təqdim olunub. Hər üç magistr öz dissertasiya işləri –tədqiqat işinin strukturu, elmi yeniliyi və əldə olunan nəticələr haqqında əhatəli çıxış edərək, həm slayd-təqdimat, həm də məruzə ilə geniş məlumat veriblər.


Müdafiə suallar və müzakirələrlə davam etmişdir. Sonra magitrantların elmi rəhbərləri fil.ü.f.d., dos. Qətibə Quliyeva, fil.e.d. İlhami Cəfərsoy dissertasiya işləri haqqında müsbət rəylərini bildirmiş, magistrantların dissertasiya işlərini dünyanı bürüyən karantin günlərində xüsusi məsuliyyət və gərgin axtarışlar nəticəsində hazırladıqlarını söyləyiblər. Rəsmi rəyçilər fil.ü.f.d., dos. Şəbnəm Həsənli-Qəribova, fil.ü.f.d., dos. Aytən Allahverdiyeva, fil.ü.f.d., dos. Rasim Heydərov rəylərində dissertasiya işinin məzmun və elmi də¬yə¬ri¬nə görə Azərbaycan dilçilik elmi üçün olduqca aktual olduğunu, tədqiqat işlərinin həm tarixilik, həm də müqayisəlilik aspektində yerinə yetirilməsini müsbət cəhətlərdən biri kimi qeyd etdilər, bu sahələrlə bağlı Azərbaycanda ilk işlər olduğunu vurğuladılar.


İclasda iştirak edən İxtisaslaşdırılmış magistr dissertasiya müdafiə Şurasının sədr müavini, Terminologiya şöbəsinin müdiri prof. Sayalı Sadıqova, Dilçilik İnstitunun elmi işlər üzrə direktor müavini, İxtisaslaşdırılmış magistr dissertasiya müdafiəsi Şurasının üzvləri fil.ü.f.d., dos. Baba Məhərrəmli, İnstitutun elmi katibi fil.ü.f.d., dos. Aynel Məşədiyeva, Türk dilləri şöbəsinin müdiri Elçin İbrahimov, Dil tarixi şöbəsinin müdiri fil.ü.f.d., dos. Teyyub Quliyev, Terminologiya şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dos. Aysel Qəribli, Sosiolinqvistika və psixolinqistika şöbəsinin aparıcı elmi işçisi fil.e.d. Gülsüm Hüseynova, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi fil.üf.d., dos. Elnarə Əliyeva iddiaçılara suallar vermiş, tövsiyələrini bildirmişlər.


Müdafiə prosesinin uğurla başa çatdığını, magistrlərin yüksək elmi bilik nümayiş etdirərək təhsillərini ən yüksək göstəricilərlə başa vurduqlarını, onları bundan sonra da Dilçilik İnstitutunda həm əməkdaş, həm də doktorant kimi görmək istədiyini qeyd edən akademik Möhsün Nağısoylu magistrlərə maraqlı və dilçilik elmi üçün əhəmiyyətli olan istiqamətlər üzrə yüksək səviyyəli elmi iş yazdıqlarına görə təşəkkür etmiş, onlara uğurlar diləmişdir. Çıxış edən İxtisaslaşdırılmış magistr dissertasiya müdafiəsi Şurasının sədr müavini prof. Sayalı Sadıqova Dilçilik İnstitutunda 2015-ci ildən açılan magistratura təhsilinin yeni tarixi bir səhifə açdığını, Azərbaycan dilçiliyində bu sahə üzrə boşluqların bu yeni istiqamətlər üzrə ixtisaslaşan gənc kadrlar vasitəsilə dolduruculağına inandığını söyləmiş, gələcəkdə də İnstitutda magistr təhsilinin davam etdirilməli olduğunu qeyd etmişdir. Təhsil şöbəsinin müdiri fil.ü.f.d., dos. Qətibə Quliyeva çıxış edərək dissertasiya işləri haqqında müsbət fikirlərini bildir, masistrantların təqdim etdiyi işlərin Azərbaycan dilçiliyi tarixində bu mövzularda yazılan ilk araşdırmalar olduğunu vurğulayaraq, tədqiqatların elmi yeniliyi, magisrtrləri nümayiş etdirdikləri elmi bilik və bacarıqlarına görə təşəkkür edib. Müdafiə prosesində iştirak edən Təhsil şöbəsinin rəisi vəzifəsini icra edən dos. Qafil Qurbanov magistrlərin yüksək göstəricilərlə çıxış etdiklərini, həqiqətən də AMEA magistri adına tam layiq olduqlarını söyləmiş, magistrləri ürəkdən təbrik edərək, təhsillərini uğurla başa vurub, gələcəkdə də elm yolunda bu cür qəti addımlarla irəliləyəcəklərinə əmin olduğunu söyləmişdir.
Söylənilən irad və tövsiyələrə münasibətlərini bildirən magistrantlar Tünzalə İsmayılova, Xəyal Əsgərli və Aytən Abbasova geniş və əhatəli çıxşlarla təqdim etdikləri magistr dissertasiyalarını uğurla müdafiə etmişlər.

DİLÇİLİK İNSTİTUTU TƏHSİL ŞÖBƏSİ

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.