Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
29.05.2021

Türk dilləri şöbəsinin əməkdaşları “Beynəlxalq Türk dünyası − Yunus Əmrə” simpoziumunda çıxış ediblər

2021-ci il Türk dünyasının ən dəyərli şəxsiyyətlərindən olan Yunus Əmrənin vəfatının 700-cü ildönümüdür. Bununla əlaqədar böyük şairin ildönümü YUNESKO tərəfindən qeyd edilən ildönümləri siyahısına daxil edilmişdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da 2021-ci ilin “Yunus Əmrə və Türkcə ili” kimi qeyd edilməsi haqqında sərəncam vermişdir. Bu çərçivədə “Dünya dili türkcə” adı ilə Türkiyədə və digər ölkələrdə müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılmışdır. 24-27 may tarixində keçirilən “Uluslararası Türk Dünyası Yunus Emre Sempozyumu” da bu tədbirlər silsiləsindəndir.
Müxtəlif türk respublikaları universitetlərinin rektorlarının iştirakı ilə baş tutan konfransın açılış mərasimində Azərbaycandan akademik Kamal Abdulla iştirak və çıxış edib. Üç gün davam edən simopoziumda Yunus Əmrə şəxsiyyəti və ədəbi yaradıcılığı mövzuları başda olmaqla türkologiyanın müxtəlif sahələrinə dair 30 bölmə iclası keçirilib, təxminən 150 məruzə dinlənilib. “Qarabağ” və “Şuşa” kimi bölmə iclaslarının adları isə təqdir və maraqla qarşılanıb.


Simpoziumda AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsininin səkkiz əməkdaşı iştirak edib. Türk dilləri şöbəsinin müdiri Elçin İbrahimov “Türk dövlət və cəmiyyətlərində dil siyasəti (tarixi aspektdən)”, şöbənin əməkdaşları Şəbnəm Həsənli-Qəribova “Türk dillerinde fiil terkipleri ve cümle yapısının tarihi gelişimi”, Qətibə Mahmudova “Çağdaş dönemde türk dillerinde kelime türetimine bir bakış”, Dilbər Camali “Eski türkçede kadim edatlar”, Turan Hüseynova “Yunus Emre Divanı’nda birleşik cümle yapıları”, Arzu İsgəndərzadə “Ahmedi’nin Cemşid`ü Hurşid Mesnevisinin dilinde kullanılan somatik terimler ve somatik deyimler”, İmanyar Quliyev “Codex Cumanicus”da çoxmənalı sözlər”, şöbənin doktorantı Lalə Rəsulova “Codex Cumanicus”un Azərbaycanda öyrənilməsi” mövzularında çıxış edib, sualları cavablandırıblar.


Mayın 27-də keçirilən simpoziumun bağlanış mərasimində Azərbaycan tərəfdən Türk dilləri şöbəsinin müdiri dosent Elçin İbrahimov simpoziumun təşkilini yüksək qiymətləndirib, bu tədbirin türkoloji araşdırmalar sahəsinə önəmli töhfə olduğunu qeyd edib və təşkilatçılara öz təşəkkürünü bildirib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.