Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
25.05.2021

Türk dilləri şöbəsinin müdiri Elçin İbrahimov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Özbəkistan Mədəniyyət Nazirliyi Respublika Mədəniyyət və Mərifət Mərkəzi ilə birgə Dövlət Mədəniyyət və Sənət İnstitutunda ”Dil yaşasa, millət də yaşayacaq” adlı konfrans keçirib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov onlayn olaraq “Müstəqillik dövrü Azərbaycanda dil siyasəti” məruzəsi ilə çıxış edib.
Azərbaycanda müstəqillik illərində həyata keçirilən dil siyasətindən danışan E.İbrahimov bildirib ki, Sovet İttifaqının süqutundan sonra 1991-ci il oktyabrın 18-də ölkəmiz öz dövlət müstəqilliyini elan edib. Bundan sonra Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi üçün əlverişli şərait yaranıb. Azərbaycan Prezidentinin Fərmanı ilə ana dilinə dövlət qayğısının bariz göstəricisi olaraq dövlət dilindən istifadə daha da təkmilləşib, araşdırmaların keyfiyyəti yaxşılaşıb, dövlət dili bütün sahələrdə güclənib və inkişaf edib.
E.İbrahimov deyib: “Azərbaycan dili ilə bağlı verilən bütün sərəncamlar, qəbul edilən bütün qərarlar Azərbaycan dövlətinin dil siyasəti sahəsində keçirdiyi ardıcıl və məqsədli siyasətin tərkib hissəsidir”.
Sonda E.İbrahimov məruzə ilə bağlı konfrans iştirakçılarının suallarına cavab verib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.