Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
19.05.2021

Türk dilləri şöbəsinin müdiri Elçin İbrahimovun kitabı Türkiyədə nəşr olunub

AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimovun “Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili” kitabı Türkiyənin Akçağ nəşriyyatında işıq üzü görüb. Kitab bu tədqiqatın əsas müddəalarını türkologiya elmi üçün uğurlu bir addım və gərəkli bir araşdırma hesab edən akademik Möhsün Nağısoylunun ön özü ilə çap olunub. Türkiyəli türkoloq, böyük alim professor Əhməf Bican Ərcilasunun yüksək qiymətləndirdiyi əsərdə türk xalqlarının əlifba məsələləri, müstəqil türk respublikalarında əlifba islahatları istiqamətində görülən işlər, xüsusilə də XX əsrin əvvəlindən bu günə kimi əlifba və imla məsələləri sahəsində gedən proseslər araşdırılmışdır.
Kitabda türklər arasında ortaq ünsiyyət dilini formalaşdırmaq üçün əlifba və imla prob-lemlərini həll etmək kimi məsələlər elmi-nəzəri aspektdə tədqiq olunmuşdur. Əsərdə türk xalqları-nın ortaq və ümumi əlifbaya keçməsi yollarının müəyyənləşdirilməsi, nəzərdə tutulan yeni əlifbada türk dillərindəki ortaq səslər üçün istifadə ediləcək ortaq hərflər, ortaq ünsiyyət dili üçün imla məsələlərinin günümüzdə yenidən aktuallığı öz əksini tapmışdır. Monoqrafiyadan türkoloq-dilçilər, filologiya fakültələrinin bakalavr, magistr və doktorantları faydalana bilərlər.

Türk dünyasının iqtisadi-siyasi və mədəni əlaqələrinin gücləndiyi, müstəqil türk respublikalarının latın əlifbasına keçid prosesini sürətləndirdiyi bir vaxtda bu əsərdə işlənən mövzular ortaq əlifba və imla məsələlərinin əhəmiyyətini bir daha diqqətə çatdırır. Müəllif III fəsli bütövlükdə türk xalqları arasında ortaq ünsiyyət dilinin zəruriliyi məsələlərinə, ortaq ünsiyyət dilinin yaradılmasında mövcud problemlər və onların aradan qaldırılması yollarına həsr etmişdir ki, bu da bugünkü vəziyyətin dəyərləndirilməsi və gələcək perspektivlərin müəyyən edilməsi baxımından son dərəcə önəmlidir. Əlbəttə ki, Türk dünyasının gələcək birliyi yolunda atılan hər addım qiymətlidir, ancaq bu yolda bir alimin ortaya qoyduğu araşdırma təkcə elmi dəyəri ilə seçilmir, həm də bu binanın bünövrə daşlarını meydana gətirir.

Türk dilləri şöbəsinin kiçik elmi işçisi
İmanyar Quliyev

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.