Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
21.04.2021

AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN ƏMƏKDAŞLARINA NOVRUZ SOVQATININ PAYLANMASI HAQQINDA

2021-ci il mart ayında AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşlarına Novruz sovqatı paylanmışdır. Tədbir Dilçilik İnstitutunun Həmkarlar Təşkilatı tərəfindən həyata keçirilmişdir. Nəsimi adına Dilçilik İnstitutunun Həmkarlar Təşkilatı 03 mart tarixində iclas keçirib tədqiqiat institutunun zəhmətkeş əməkdaşlarının hər birinə Novruz bayramı münasibəti ilə ərzaq mallarından ibarət bayram bağlamasının təqdim olunmasına qərar vermişdir. Qeyd edək ki, artıq neçə illərdir Dilçilik İnstitutunda Novruz bayramı ərəfəsində əməkdaşlara bayram sovqatı verilir. Bu il də həmin ənənə davam etdirilmişdir. Lakin əvvəlki illərdən fərqli olaraq ölkədə artıq bir ildən çox davam edən pandemiya şəraiti, işçilərin maddi vəziyyəti nəzərə alinaraq, bütün əməkdaşlara, o cümlədən institutda 0,5 ştatda çalışan içşilərə, əyani magistr və doktorantlara da “BAZARSTORE” MMC mağazalar şəbəkəsindən alınmış bayram sovqatları paylanmışdır. Nəzərə alınmışdır ki, bu tədbir ildə yalnız bir dəfə olur və bütün əməkdaşlar bayram sovqatını səbrsizliklə gözləyirlər. Həmçinin İnstitut Həmkarlar Təşkilatı pandemiya ilə əlaqədar, əməkdaşlar üçün bayram şənlikləri, səyahətlərin təşkilini dayandırdığı üçün bu şəkildə bütün işçilər sevindirilmişdi.
Dilçilik İnstitutunun rəhbərliyi, o cümlədən bütün əməkdaşları AMEA Həmkarlar İttifaqının rəhbərliyinə və institutu Həmkarlarlar Təşkilatına öz təşəkkür və minnətdarlıqlarını bildirmişlər.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun
Həmkarlar Təşkilatının sədri,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Qətibə Mahmudova

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.