Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
15.03.2021

Dilçilik İnstitutunun Elmi katibi Fəxri fərmanla təltif olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva akademiyanın Humanitar Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif olunub.
Ölkəmizdə qadınlara, onların fədakar əməyinə daim yüksək qiymət verilir, dəyərləndirilir. Azərbaycanda qadın siyasəti Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin yeganə və layiqli davamçısı İlham Əliyev onun bu siyasətini də çox uğurla davam etdirir.
Cənab Prezidentimiz İlham Əliyev demişdir: “Azərbaycan qadınları milli varlığımızı özündə əks etdirən mədəni dəyərlərimizin əsrlərdən bəri bir bütöv halında qorunub saxlanılmasında misilsiz xidmətlər göstərmiş və həmişə cəmiyyətimizin etibarlı mənəvi dayağı olmuşlar. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, onlar milli dövlət quruculuğu işinin fəal iştirakçıları kimi ölkəmizin sosial-iqtisadi, mədəni və elmi potensialının artırılması üçün qüvvələrini əsirgəmədən tariximizdə dərin iz qoyan fədakar, mübariz və məğrur sələflərindən aldıqları tükənməz mənəvi güc sayəsində bütün sınaqları dəf etmiş, öhdələrinə düşən vəzifələri şərəflə yerinə yetirmişlər”.
Coşqun fəaliyyətində nəciblik, mərhəmət, ülvilik, xeyirxahlıq hissi dayanan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyata keçirdiyi genişmiqyaslı layihələr elmimizin, təhsilimizin, mədəniyyətimizin inkişafına təkan vermişdir. Çox məsuliyyətli missiyanı üzərinə götürmüş bu xoşsimalı, milli qürurlu, yenilikçi, xeyirxah insan, siyasi xadim, sözün bütün mənalarında Azərbaycan qadınlarına örnək olan böyük şəxsiyyətdir. Ölkəmizin Birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir hikmətli deyimini diqqətə çatdırmaq istəyirəm: “Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır – istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır”.
Mehriban xanım Əliyevanın bu ibrətamiz sözləri hər bir insan üçün gərəklidir. Hər bir Azərbaycan qadınının əməyinə verilən qiymət Birinci vitse-prezident Mehriban xanımın adı, fəaliyyəti ilə bağlıdır.
Bu fikirləri “Elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə və 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə” Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin Fəxri Fərmanına layiq görülmüş, 7 kitab və monoqrafiya müəllifi, müxtəlif xarici ölkələrdə ingilis, rus və türk dillərində 40-dan çox məqaləsi çap olunmuş AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva söyləmişdir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.