8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
AMEA Nəsimi adına Dilçilik İnstitutunda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə onlayn tədbir keçirilib
İclası giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Beynəlxalq Qadınlar Günü münasibətilə institutun qadın əməkdaşlarını təbrik edib, onlara xoş arzularını çatdırıb.
Akademik qeyd edib ki, Azərbaycan qadınları hər zaman öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı ilə seçilib.
Vurğulanıb ki, təqvimdə 8 mart tarixinin qadınlar bayramı günü kimi göstərilməsi əlamətdar hadisədir. Hər bir insanın qadına münasibəti yüksək olmalıdır.
İclasda çıxış edənlər torpaqlarımızın müdafiəsi zamanı canından keçmiş igid oğullarımızın xatirəsini bir daha ehtiramla yad edib, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına ən xoş arzularını çatdırıblar.
Sonra Həmkarlar Təşkilatının sədri Qətibə Mahmudova bir sıra xanımları Fəxri fərman və Təşəkkürnamə ilə təltif edib.