Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters

16.2.2015

Gənc Alimlər Şurasının növbəti iclası keçirilmişdir

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Gənc Alimlər Şurasının növbəti iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan Gənc Alimlər Şurasının sədri fil.ü.f.doktoru, dosent Rasim Heydərov rəhbərlik etdiyi Şuranın institutun həyatında tutduğu mövqedən danışaraq 2014-cü ildə görülən işlər haqqında hesabat verdi. O, çıxışında şuranın gələcək fəaliyyətini müəyyənləşdirən vəzifələrdən, bu vəzifələri həyata keçirmək yollarından bəhs edərək institut gəncliyini bu istiqamətdə fəaliyyət göstərməyə çağırdı. Rasim Heydərov Gənc alimlər Şurasının büro üzvlərinin qarşısında duran vəzifələr və gerçəkləşdiriləcək planlar haqqında geniş məlumat verdi.
İclas iştirakçıları qoyulan məsələlərə münasibətlərini bildirərək konkret təkliflər irəli sürdülər.
Qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək məqsədi ilə Gənc Alimlər Şurasının bürosunun yeni tərkibi seçildi.
İclasa yekun vuran institutun elmi işlər üzrə direktor müavini filologiya üzrə elmlər doktoru Məhəbbət Mirzəliyeva gənc alimlərin qarşısında duran vəzifələrdən söz açaraq bildirdi ki, “gənclik təşəbbüskar, arzu və amalların gerçəkləşdirilməsi yolunda mübariz, elmi fəaliyyətində yaradıcı olmalıdır”. O,institut gənclərinin yüksək mənəvi keyfiyyətlərə malik olduğunu söyləyərək bu potensialdan lazımı səviyyədə faydalanmamağı nöqsan saydı. Alimin fikrincə, “gəncliyin sabahın layiqli ziyalısı kimi formalaşdırılması, onların elmin yollarında inamla irəliləməsi və Azərbaycan dilçiliyinin ön sıralarında mövqe tutması üçün yaşlı nəslin də üzərinə böyük məsuliyyət düşür. İnstitutun gənc elmi qüvvələrini birləşdirən Gənc Alimlər Şurasının fəaliyyətində dönüş yaranmalıdır”. M.Mirzəliyeva bildirdi ki, Şuranın nəzdində “Gənc tədqiqatçının tribunası” seminar-məktəbi təşkil olunmalı, orta təhsil müəssisələri ilə əlaqə gücləndirilməli, institutun ənənəsinə sadiq olaraq orta məktəblərdən birinə hamilik edilməli və həmin məktəbdə “Azərbaycan dili cəmiyyəti” yaradılmalıdır. Gənc Alimlər Şurası beynəlxalq elmi əlaqələrin gücləndirilməsində, mədəni-kütləvi tədbirlərin keçirilməsində fəallıq nümayiş etdirməlidirlər”. M.Mirzəliyeva təəssüflə institut gənclərinin yaşayış şəraitinin, maddi durumlarının ürəkağrıdıcı olduğunu qeyd etməklə yanaşı, bildirdi ki, ürəyinin səsinə qoşularaq böyük sevgi və amalla elmə gələn gənclər hər bir çətinliyə sinə gərə-gərə arzu və istəklərini gerçəkləşdirməkdə heç vaxt aciz qalmamış, qalmır və qalmayacaqlar. Mən buna inanıram. Çünki gəncliyə mənəvi dəstək göstərməyimiz, onu layiqincə qiymətləndirə bilməyimiz onun sabahina yol açmaq deməkdir”
Gənc dilçilərin daha fəal və yaradıcı şəkildə çalışmalarını məqsədəuyğun hesab edən Məhəbbət Mirzəliyeva yeni seçilmiş heyətə uğurlar dilədi.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.