Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters

2.2.2015

Aydın Məmmədovun xatirəsinə həsr olunmuş elmi sessiya

2 fevral 2015-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitunda unudulmaz türkoloq, ədəbi-tənqidçi, ictimai-siyasi xadim Aydın Məmmədovun anadan olmasının 70 illik yublileyi münasibətilə Elmi sessiya keçirilmişdir. Yubileyin 2 fevral Gənclər günündə qeyd olunması heç də təsadüfi deyil. Məqsəd A.Məmmədov kimi vətənpərvər alimləri gənc nəslə tanıtmaqdır. Elmi Sessiyanı giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru akademik Tofiq Hacıyev bildirib ki, bu gün biz dilçilik və mədəniyyət tarixində xüsusi çəkisi olan bir alimi yad edirik. Düzdür, o, elmlər namizədi kimi həyatdan getsə də, amma ən çox istinad olunan şəxslərdəndir. A. Məmmədov dilin fonetikasını tədqiq edən seçilən alimlərdən biridir. A.Şerbak A.Məmmədovun fonetika sahəsində olan elmi fəaliyyətini həmişə yüksək dəyərləndirmişdir. A.Məmmədov 1988-ci ildə “Kitabi-Dədə Qorqudun birinci kollokviumu”nu təşkil edərək Türkiyə ilə Azərbaycan arasında elmi-mədəni əlaqələrin güclənməsinə nail olmuşdur. “Azərbaycan filologiya məsələləri” adlı jurnalın çapı da onun adı ilə bağlıdır.
Aydın Məmmədov görkəmli dilçi olmaqla yanaşı, həm də istedadlı ədəbiyyatşünas, tənqidçidir. Aydın Məmmədov AMEA-nın Rəyasət heyətində Humanitar Bölmənin elmi katibi vəzifəsində işləyərək bu sahədə çoxlu işlər görmüşdür. Həmçinin o, Nəsimi adına Dilçilik İnstitutunda Tipoloji Dilçilik şöbəsində çalışıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Baba Məhərrəmli “Aydın Məmmədovun dilçilik görüşləri” adlı məruzəsilə çıxış etmişdir. Qeyd elədi ki, türkoloqun “Türk dillərində samitlər: anlaut və kombinatorika” adlı əsəri fonetika elminə sanballı töhfələrdən biridir.
Professor Tofiq Məlikli Aydın Məmmədovla bağlı xatirələrini dilə gətirərək onunla olan tələbəlik dostluğundan bəhs etdi.
Tərcümə Mərkəzinin aparat katibi Yaşar Əliyev alimin xalq qarşısında fəaliyyətindən bəhs edərək bildirdi ki, A.Məmmədov Azərbaycanda ilk dəfə olaraq Tərcümə Mərkəzinin yaradılmasına nail olmuşdur. Bu gün də fəaliyyətini davam etdirən həmin Tərcümə Mərkəzi A.Məmmədovun kitabının çapını hazırlayır.
Professor Sevil Mehdiyeva isə vurğuladı ki, A.Məmmədovu qoruya bilmədiyimiz alimlərimizdən idi.
Millət vəkili Sabir Rüstəmxanlı A.Məmmədovun yubileyinin daha geniş səviyyədə qeyd edilməsini vurğuladı. Lakin Dilçilik İnstitutu bu gün onu böyük sevgilə yada salır. Sonda Elmi Sessiya öz işini bitmiş hesab etdi.

Mətbuat xidməti

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.