Azərbaycan dilində durğu işarələri sistemi

AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilində durğu işarələri sistemi” kitabı nəşr olunub.
Kitabın elmi redaktorları akademik Möhsün Nağısoylu, dosent Təhminə İs¬mayılova, rəyçilər professorlar Zemfira Şahbazova, Mahirə Hüseynovadır. Buraxılışa məsul professor İsmayıl Kazımovdur.
Kollektiv müəlliflər tərəfindən nəşrə hazırlanan kitabda “Azərbaycan dilində durğu işarələri: qayda və prinsipləri”, “Durğu işarələrinin estetikası”, “Durğu işarələrinin tədrisi məsələləri”, “Mətbuatda durğu işarələrinin işlənmə məqamları”, “Elmi mətnlərdə durğu işarələri”, ”Durğu işarələrinin yazıda işlənməsi məqamları” adlı məsələlər nəzərdən keçirilib.
Kitabdan ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, universitet tələbələri, professor-müəllim heyəti və mətbuat işçiləri istifadə edə bilərlər.