Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters

29.1.2015

Elmi Şuranın növbəti iclası keçirilmişdir

İnstitutun gündəliyində aşağıdakı məsələlər qoyulmuşdur.
28 yanvar 2015-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir. İnstitutun gündəliyində aşağıdakı məsələlər qoyulmuşdur.
1. 2015-ci il üçün elmi planların müzakirəsi və təsdiqi
2. 2014-cü ilin plan işlərinin yerinə yetirilməsi vəziyyəti. Yekunlar. Nəticələr.
3. İnstitutun doktorant və dissertanları: Problemlər, perspektivlər
4. Əcnəbilərin “Azərbaycan dili” fənni üzrə doktorluq imtahanın verilməsi ilə əlaqədar AMEA-nın institutlarının rəhbərlərinə müraciət.
5. İnstitutda nizam-intizama riayət olunma vəziyyəti.
6. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın daha mütəşəkkil və operativ şəkildə həyata keçirilməsi və cəmiyyətdə dil situasiyasına nəzarət və proseslərə adekvat reaksiya verilməsinin təşkili üçün Çevik İşçi Qrupların yaradılması – İşçi qrupunun tərkibi.
7. 2015-ci ildə nəşr olunmaq üçün HİEB-ə təqdim olunan kitabların siyahısı.
2015-ci ilin nəşriyyat planına salınması zəruri sayılan elmi əsərlərin siyahısı
1. Sayalı Sadıqova. Azərbaycan dilində terminologiyanın standart- laşdırılma formaları.- 600 s.
2. İzahlı dilçilik terminləri lüğəti.- 550 s.
3. İsmayıl Kazımov. Türk dillərinin qrammatikası (morfologiya).- 300 s.
4. Cəfər Cabbarlı dilinin izahlı lüğəti.- 600 s.
5. Yeni sözlər lüğəti.- 50 s.
6. Maşın tərcüməsinin nəzəri əsasları(ingilis və Azərbaycan dilləri üzrə)-250 s.
7. Qulu Məhərrəmli. Yeni alınma sözlər.İzahlı lüğət.- 200 s.
8. Monitorinq şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Rasim Arif oğlu Heydərova dosent elmi adının verilməsi barədə.
9. Monitorinq şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Şahlar Xudakişi oğlu Məmmədova dosent elmi adının verilməsi barədə.
10. Monitorinq şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Nəzakət Qurban qızı Qaziyevaya dosent elmi adının verilməsi barədə.
11. Müasir Azərbaycan dili şöbəsinin dissertantı Bəhram Cəfər oğlu Məmmədovun dissertasiya mövzusunun adının dəqiqləşdirilməsi barədə.
Cari məsələlər:
1.Terminologiya şöbəsinin müdiri, fil.ü.e.d., prof. Sayalı Allahverdi qızı Sadıqovanın “Azərbaycan dilində terminologiyanın standart- laşdırılma formaları” (elmi redaktor: akademik T.İ.Hacıyev, rəyçilər: fil.ü.e.d., prof. Q.Kazımov və fil.ü.e.d., prof. İ.Qasımov) adlı əsərinin çapa təqdim edilməsi barədə.

Elmi Şuranın sədri filologiya elmləri doktoru Məhəbbət Mirzəliyeva qeyd elədi ki, bu gün Elmi Şuranın ilk iclasıdır. Bu ildə Elmi Şuranın bütün üzvlərinə müvəffəqiyyətlər və uğurlar arzulayırıq. Elmi Şuranın gündəliyi şura üzvləri tərəfindən təsdiq edildi. İlk olaraq M.Mirzəliyeva 2014-cü ildə yubileyləri tamam olmuş dilçi alimləri və əməkdaşları Elmi Şura tərəfindən təbrik etdi.
Sonra elmi katib Aynel Məşədiyeva bildirdi ki, 2014-cü ilin plan işləri normal vəziyyətdədir. Yoxlama Komissiyasının üzvü fil.ü.e.d Z.Əliyeva çıxış edərək bildirdi ki, bütün şöbələr üzrə plan işləri yerinə yetirilib. Yoxlama Komissiyasının qərarı belədir ki, bu mövzuların müzakirəsi keçirilməlidir.
İnstitutun doktorant və dissertanları məsələsi: Elmi Şura qənəatə gəldi ki, vaxtı keçmiş doktorant və dissertantlar yenidən bərpa olunmalıdır.
İnstitutda nizam-intizama riayət olunma vəziyyəti də Elmi Şuranın gündəliyində müzakirə olundu.
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın daha mütəşəkkil və operativ şəkildə həyata keçirilməsi və cəmiyyətdə dil situasiyasına nəzarət və proseslərə adekvat reaksiya verilməsinin təşkili üçün Çevik İşçi Qrupların yaradılması Elmi Şuranın gündəliyinə çıxarılmış məsələlərdən biri oldu.
– İşçi qrupunun tərkibi təsdiq edildi.
Rasim Hedərov
Nəzakət Qaziyeva
Sevinc Məmmədova
Elçin İbrahimov
Günel Mirzəyeva
Maya Heydərova
Sonra təhsil müəssisələrilə əlaqələrin yaradılması müəyyənləşdirildi. Qeyd edildi ki, bu əlaqələr “Bilik fondu” ilə birgə keçirilməlidir.
Həmçinin Elmi Şura Dövlət Proqramına əsasən, əcnəbilərə Azərbaycan dilinin öyrədilməsini vacib meyar kimi vurğuladı. Bunun üçün də dərslər təşkil edilməlidir.
Bununla yanaşı, 2015-ci ildə çap olunacaq elmi əsərlər də Elmi Şuranın gündəliyində təsdiq edildi.
Sonda Monitorinq şöbəsinin aparıcı elmi işçiləri Ş.Məmmədov, R.Heydərov və N.Qaziyevaya dosent elmi adının verilməsi barədə Hesablayıcı Komissiya yaradıldı. Hesablayıcı Komissiyanın qərarı sonda təsdiq edildi.
Sonda Elmi Şura öz işini bitmiş hesab etdi.

Mətbuat xidməti

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.