Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
Dissertasiya Şurası
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
19.01.2021

20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb

Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu 20 Yanvar faciəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu vurğulayıb. Bildirilib ki, 20 Yanvar hadisələri faciəvi olsa da, milli dövlətçiliyimizin bərpasında xüsusi önəm daşıyır.
Möhsün Nağısoylu qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi qiymət verilib, faciə zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Sonra akademik bildirib ki, 2020-ci il 8 noyabr müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə daxil oldu. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyuldu. 10 noyabrda Bakıda keçirilən Zəfər paradı Azərbaycan Ordusunun hərbi qüdrətinin növbəti təntənəsi oldu.
Professor Sayalı Sadıqova isə qardaşı 20 Yanvar faciəsində şəhid olan Yusif Sadıqovun yarımçıq qalan elmi yaradıcılığı və həyat yolundan danışıb.
Çıxış edənlər professor İsmayıl Məmmədli, Qara Məşədiyev, dosent Təranə Şükürlü 20 Yanvar faciəsinin səbəb və nəticələri barədə danışıb, bu qanlı hadisənin heç vaxt unudulmayacağını bildiriblər.
Sonda bildirilib ki, həm 20 Yanvar, həm də Vətən müharibəsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən, hər birimizə sevinc və qürur hissləri yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən hər zaman dərin ehtiramla yad ediləcək.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.