Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
Dissertasiya Şurası
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
31.12.2020

“Türkologiya” jurnalının 2020-ci il üçün 4-cü sayı nəşr olunub

 

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının 4-cü sayı (2020) artıq nəşr olunub.

Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov məlumat verərək bildirib ki, “Türkologiya” jurnalının 4-cü sayında türkologiyanın müxtəlif sahələrinə dair Azərbaycan, türk, ingilis və rus dillərində elmi məqalələr dərc olunub. O qeyd edib ki, jurnalın bu sayında Allahverdi Əlimirzəyevin “Elam dilinin “türkmənşəli” sözləri haqqında”, Nəcati Dəmirin “Türk dillərində və xalqlarında zaman anlayışının adlandırılma problemi”, Yaşar Qasımbəylinin “Əlişir Nəvai lirikası”, Osman Fikri Sərtkayanın “Cağatay dilində şeir yazan Azərbaycan şairləri. Murtəzaqulu xanın (Zəfər) nəzirələri” başda olmaqla bir çox orijinal məqalələrə yer verilib.

Junralın 4-cü sayının klassik irs, dilçilik, ədəbiyyat və folklor, yazılı abidələr, mədəniyyət və incəsənət, iqtisadiyyat, müzakirə və diskussiya rubrikalarında Azərbaycan, Rusiya, Almaniya, Türkiyə, Qazaxıstan və Gürcüstanın elmi mərkəzlərindən göndərilmiş sanballı elmi araşdırmalar nəşr edilmişdir. Məqalələrdən bir neçəsini nümunə verək: Vasili Radlov. Altay sakinlərinin mifologiyası və dünyagörüşü (Rusiya); Gulbanu Kossimova və Pərizat Balximbekova. “ Abay poeziyasının dərin fəlsəfəsi və ədəbi gücü ” (Qazaxıstan), Orhan Aras. “Mədəni istila” (Almaniya), Tuncer Gülənsoy. “Bəzi etimoloji lüğətlərin türk dilinə vurduğu zərərlər” və s.

Elmi həyat , resenziyalar və personalia rubrikalarında isə türkologiyada əlamətdar hadisələrə, önəmli nəşrlərə və görkəmli şəxsiyyətlərə dair maraqlı yazılar dərc edilib.

Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.