Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters

21.1.2015

ÖLMƏZLİYƏ QOVUŞMUŞ QƏHRƏMANLAR

19 yanvar 2015-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 20 yanvar şəhidlərinin 25-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir. İlk olaraq 20 yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükütla yad edilmişdir. İclası giriş sözü ilə açan institutun direktor müavini filologiya elmləri doktoru Məhəbbət Mirzəliyeva bildirdi ki, 20 yanvar Azərbaycan xalqının tarixində qanla yazılmış bir səhifədir. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu uzun illər sovet imperiyasının tərkibində yaşayan xalqın azadlıq səsinin ucaldığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Biz 20 yanvar faciəsinin portretini yaradanda Azərbaycan xalqının birliyini gördük. Yadımdadır: Azadlıq meydanındakı o hünər, inamlı təntənə. Ona görə də dəfn mərasimi də yaxşı təşkil olundu. Bu gün xalqımız 20 yanvar faciəsinin 25-ci ildönümü qeyd edir. 25 ildir ki, 20 yanvar faciəsinə lazımi dəyərlər verilibdir”.
Sonra çıxış edən aparıcı elmi işçi Təranə Şükürlü qeyd etdi ki, Azərbaycan xalqı yalnız qədim tarixi, mədəniyyəti ilə deyil, qəhrəmanlıq ənənlərilə tanınır. Hər şeyin zamana qarışmasında onun yaddaşla bağlılığı əsas göstərici olaraq qalır. Tarix yaddaşa çökəndə qorunur. 20 yanvar faciəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. 25 ildir ki,xalqımız igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Sonda professorlar Sevil Mehdiyeva, Oruc Musayev, Qara Məşədiyev, İlhami Cəfərsoy çıxış edərək qeyd elədilər ki, Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 yanvar şəhidlərinin xatirəsi heç zaman unudulmayacaq.

Mətbuat xidməti

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.