Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
Dissertasiya Şurası
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
11.12.2020

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun illik hesabatı dinlənilib

Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib. İclasda institutunun 2020-ci il üçün illik hesabatı dinlənilib.
İclası giriş sözü ilə açan elmi müəssisənin direktoru, akademik Möhsün Nağısoylu Elmi şura üzvlərini Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun rəşadəti ilə qazanılan Qələbə münasibətilə təbrik edib. Akademik bu qürurlu tarixi öz qanları ilə yazan , Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizə Uca Tanrıdan rəhmət, qazilərimizə şəfa diləyib.


İclasda çıxış edən akademik Möhsün Nağısoylu tədqiqat işlərinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı olduğunu deyib.
M.Nağısoylu bildirib ki, cari ildə institutunda Toponimika sektoru yaradılıb. Orfoepiya normaları hazırlanıb Nazirlər Kabinetinə göndərilib. Orfoepiya lüğətinin çapa hazırlanması üçün işçi qrupu fəaliyyətə başlayıb.
Sonra institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva 2020-ci ildə görülən işlər barədə hazırladığı geniş hesabatla çıxış edib. O bildirib ki, bu il institutda 16 kitab, 9 monoqrafiya , 239 məqalə (189-i ölkə daxilində, 50-i xaricdə, o cümlədən 4-ü impakt faktorlu jurnalda) dərc olunub.


Dosent Aynel Məşədiyeva qeyd edib ki, hesabat ilində institutun 12 şöbəsində 1 istiqamət üzrə, 12 problem, 16 mövzu, 120 iş yerinə yetirilmişdir. 2020-ci il ərzində 4 mövzu və 56 iş tamamlanmışdı.
Aynel Məşədiyeva 2020-ci ildə tətbiq olunmuş ən mühüm elmi nəticələr sırasında Orfoqrafiya lüğəti (Bakı, Elm, 2020), Möhsün Nağısoylunun Şühədanamə (Bakı, Elm, 2020, 681+334 səh.), Mayıl B. Əsgərovun “Salam, Azərbaycan!”. A-1 və A-2 – Başlanğıc və Elementar səviyyələr (oxu mətnləri, çalışmaıar, tematik lüğət). (Bakı “Elm” nəşriyyatı, 154 s. ), (Azərbaycan, rus və ingilis dillərində) və “Salam, Azərbaycan!”. B-1 və B-2 – Aşağı orta və orta səviyyələr (oxu mətnləri, çalışmaıar, tematik lüğət). (“Bakı “Elm” nəşriyyatı, 142 s. Azərbaycan, rus və ingilis dillərində) elmi əsərlərin adlarını açıqlayıb.
Aynel Məşədiyeva bildirib ki, 2020-ci ildə Nəsimi adına Dilçilik İnstitutunun ən böyük uğurlarından biri də Azərbaycana aid coğrafi adların ingilis və rus dillərinə transliterasiyası qaydalarının və Azərbaycan dilindən rus, ingilis, fransız, italyan, ispan, alman, fars dillərinə transliterasiya standartlarının hazırlanmasıdır. Bu strateji əhəmiyyətli lahiyələrin hazırlanmasında Hind-Avropa dilləri şöbəsinin müdiri, professor İlham Tahirov və həmin şöbənin aparıcı elmi işçisi, dosent Gülşən Axundovanın böyük əməyi olmuşdur. Azərbaycana aid coğrafi adların rus dilinə transliterasiya qaydaları dosent Gülşən Axundova, ingilis dilinə transliterasiya qaydaları isə professor İlham Tahirov tərəfindən hazırlanmışdır.


Elmi katib vurğulayıb ki, İnstitutun fəaliyyətini virtual aləmdə əks etdirən dilcilik.az saytı fəaliyyət göstərir. İnstitutda keçirilən tədbirlər, görüşlər, baş verən mühüm hadisələr haqqında xəbərlər hazırlanır, fotoçəkilişlər aparılır və saytda yerləşdirilir. Sayta rəhbərlik edən İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyətini (şəxsən şöbə müdiri dos. Təranə Şükürlünün fəaliyyətini) yüksək qiymətləndirmək lazımdır.
A.Məşədiyeva qeyd edib ki, Dilçilik İnstitutunun bir sıra əməkdaşları daim mətbuatda və televiziyalarda çıxış edir.
İclasda, həmçinin institutda keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər haqqında məlumatlar diqqətə çatdırılıb.
Daha sonra professor İsmayıl Məmmədli, Elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, dosentlər Kifayət İmamquliyeva, Təranə Şükürlü, Elçin İbrahimov hesabatla bağlı fikirlərini bildiriblər.


İclasda çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla institutun illik hesabatını çox yüksək qiymətləndirib. Akademik qeyd edib ki, Azərbaycan ordusunun böyük zəfərindən sonra Qarabağ ərazisində Dilçilik İnstitutu böyük işlər görməlidir. Adları dəyişdirilən toponimlərin bərpası, düzgün yazılışı, sənədləşdirilməsi vacib məsələlərdən biridir. Dilçi alimlər həmin ərazilərdə elmi səfərlərdə olmalıdırlar.
Akademik Kamal Abdulla vurğulayıb ki, bu il Dilçilik İnstitutunda kifayət qədər iş görülüb. Bunlar göstərir ki, institutda peşəkar kadrlar fəaliyyət göstərir.

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.