Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
Dissertasiya Şurası
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
11.12.2020

“Nəriman Nərimanov və Azərbaycan dili”

Filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın “Nəriman Nərimanov və Azərbaycan dili” ( Bakı, “Avropa”, 2020) monoqrafiyası nəşr olunub. Əsərin elmi redaktoru akademik M.Nağısoylu, rəyçilər professorlar B.Xəlilov və M.İsmayılovadır. Monoqrafiya Azərbaycan ictimai fikri, mətbuatı, mədəniyyəti tarixində mühüm xidmətləri olan görkəmli ictimaisiyasi xadim N.Nərimanovun anadan olmasının 150 illik yubileyinə həsr olunmuşdur. Monoqrafiyada Nəriman Nərimanovun Azərbaycan ədəbi dilinin qorunması və inkişafı uğrunda apardığı dil siyasəti, qrammatika kitabları, əlifba və terminologiya sahəsindəki fəaliyyəti tədqiq edilmişdir. Qeyd edilmişdir ki, Nəriman Nərimanov milli oyanışı, milli ədəbi dilin inkişafını həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizə aparmışdır. Azərbaycan dili, onun tədrisi və inkişafı N.Nərimanovu fəaliyyəti dövründə düşündürən əsas məsələlərdən olmuşdur. Böyük ədib ana dilində əsərlər yazmaqla bərabər, ana dilinin qorunması, inkişaf etdirilməsi istiqamətində mühüm işlər görmüş, ana dili məsələsini milli məsələnin əsas tərkib hissəsi hesab etmişdir. Ana dilində məktəblər üçün dərslik hazırlamaq işini qaydaya salmaq üçün bir ildə üç dərslik yazmaq məhz böyük ədib N.Nərimanova nəsib olmuşdur. Bu nəzərə alınaraq maarifpərvər ədibin dilçilik görüşləri, yazdığı dərsliklər, apardığı dil siyasəti geniş şəkildə təhlil edilmişdir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.