Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
Dissertasiya Şurası
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
08.12.2020

2020 - ci ildə Nəsimi adına Dilçilik İnstitutunda hazırlanmış
Transliterasiya qaydaları və standartları haqqında

2020-ci ildə Nəsimi adına Dilçilik İnstitutunun ən böyük uğurlarından biri də Azərbaycana aid coğrafi adların ingilis və rus dillərinə transliterasiyası qaydalarının və Azərbaycan dilindən rus, ingilis, fransız, italyan, ispan, alman, fars dillərinə transliterasiya standartlarının hazırlanmasıdır. Bu strateji əhəmiyyətli layihələrin hazırlanmasında Hind-Avropa dilləri şöbəsinin müdiri, professor İlham Tahirovun və həmin şöbənin aparıcı elmi işçisi, dosent Gülşən Axundovanın böyük əməyi olmuşdur. Azərbaycana aid coğrafi adların rus dilinə transliterasiya qaydaları dosent Gülşən Axundova, ingilis dilinə transliterasiya qaydaları isə professor İlham Tahirov tərəfindən hazırlanmışdır. İlham Tahirov və Gülşən Axundova tərəfindən 2020 - ci il ərzində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə 4650-ə qədər yaşayış məntəqəsinin adı (oykonimin) rus və ingilis dillərinə transliterasiya olunmuşdur.
Milli transliterasiya standartları və transliterasiya qaydaları Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2013-cü il tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.1.4. (“Milli transliterasiya standartlarının hazırlanması”) və 6.3.9. (“Milli transliterasiya standartları əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata keçirən proqram təminatının hazırlanması”), həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Res-publikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı”nın 9-cu (“Milli transliterasiya standartlarının hazırlanmasının başa çatdırılması”) bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır.
İnstitutda hazırlanmış coğrafi adların rus və ingilis dillərinə transliterasiya qaydaları müstəqillik dövründə ilk təcrübədir və təsdiq olunmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir. Eyni zamanda, Azərbaycan dilindən rus, ingilis, fransız, italyan, ispan, alman, fars dillərinə transliterasiya standartları təsdiq edilmək üçün Azərbaycan Standartlaşma İnstitutuna təqdim olunmuşdur.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.