Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
Dissertasiya Şurası
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
02.11.2020

“Azərbaycan əsgəri işğal yaralarını sağaldır” - AÇIQLAMA

Dünən tarixi hadisə baş verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində ordumuzun Zəngilan rayonunun altı kəndini və Zəngilan şəhərini işğaldan azad etdiyini elan etdi.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Mətbuat xidmətinin rəhbəri Təranə Şükürlünün sözlərinə görə, dünən Zəngilan şəhərinin və bəzi kəndlərinin alınması zəngilanlılar üçün tarixi bir gün olub:

“Bu qələbə bizi köçkünlükdən xilas edən, ruhumuzu təzələyən universumdur. Azərbaycan ordusu zəfər zəngini Zəngilanda səsləndirdi. Məhz 27 ildən sonra Azərbaycan bayrağı Zəngilanda dalğalandı.

Bu xəbəri yolda eşitdim. Bu sevincin qarşısında yalnız göz yaşım axdı. Biz 27 ildir bu sevincin həsrətində idik. Bu sevinci yaşamağın özü də bir xoşbəxtlik imiş. Bu gün Azərbaycan əsgəri işğal yaralarını sağaldır.

Azərbaycan ordusunun zəfər yürüşü bizi Qarabağa aparır. Mən Ali Baş Komandan, cənab İlham Əliyevə, rəşadətli Azərbaycan ordusuna təşəkkür edirəm.

Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr mövcuddur. Zəngilanın işğaldan azad olunması bizə bəşər mədəniyyətinin töhfələrini qaytardı. Həmin abidələri erməni işğalçılarından xilas etdi. Yaşasın Azərbaycan ordusu, var olsun Ali Baş Komandan”.

https://oxu.az

İlhamə Əbülfət

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.