Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
Dissertasiya Şurası
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
16.10.2020

Zemfira Əliyeva Musa qızı

VƏTƏN ƏSGƏRİ

Ulu öndərimin layiqli oğlu
Səsi əzəmətlə, vüqarla dolu
Göstərdi xalqına ən doğru yolu
Dedi: “Dayanmadan daim irəli
Qəhrəman, yenilməz Vətən əsgəri!”

Yüzlərlə şəhidlər bu gün sevinir.
Ruhları sevinclə göylərdən enir,
İgid ordumuza baxıb səslənir.
“Deyir dayanmadan daim irəli
Qəhrəman, yenilməz Vətən əsgəri!”

Vətəndaşın evi edilir viran,
Ailəsi olur qanına qəltan
Lakin qorxu bilmir deyir hər zaman:
“Mülkümüz, canımız Vətənə qurban
Dayanmadan daim getsin irəli
Qəhrəman, yenilməz Vətən əsgəri!”

Pənah Əli xanın ruhu olur şad,
Daha eyləməyir məzarda fəryad,
Olacaq şəhəri yenə də azad
Deyir: “Dayanmadan daha irəli
Qəhrəman, yenilməz Vətən əsgəri”.

Natəvanın ağlar gözləri gülür
Vaqifin səsindən sevinc tökülür,
Bülbülün, Cabbarın nəğməsi gəlir.
Deyir: “Dayanmadan daim irəli,
Qəhrəman, yenilməz Vətən əsgəri!”

İgid Mübarizim bayraqla gəlir,
General Poladın səsi yüksəlir
Mələklər göylərdən salama enir
Deyir: Dayanmadan daim irəli
Qəhrəman, yenilməz Vətən əsgəri!”

Qardaş Türkiyə də yanımızdadır,
Ulu türkün ruhu qanımızdadır,
Bizim qəlbimizdə, canımızdadır.
Deyir: “Dayanmadan daim irəli,
Qəhrəman, yenilməz Vətən əsgəri!”

Ordumuz döyüşdən zəfərlə keçir,
Azğın yağıları ot kimi biçir,
Azadlıq, fəxarət yolunu seçir.
Gedir dayanmadan daim irəli
Qəhrəman, yenilməz Vətən əsgəri.

Xocalıda tank altda qalan torpaqlar,
Diri-diri yanan körpə uşaqlar.
Xarabaya dönmüş yurdlar, ocaqlar
Solmuş çiçəkliklər qurumuş bağlar
Deyir: “Dayanmadan daim irəli
Qəhrəman, yenilməz Vətən əsgəri”.

Xaraba şəhərlər, itmiş məzarlar
Onların sərgərdan ruhları ağlar
Dağıdılmış kəndlər, sönmüş çıraqlar
Deyir: “Dayanmadan daim irəli
Qəhrəman, yenilməz Vətən əsgəri!”

Nizaminin yurdu edilir viran,
Məzarında yata bilmir Cavad xan
Gözəl Gəncəmizə raketlər atan
Düşməni məhv edən daim irəli
Qəhrəman, yenilməz Vətən əsgəri!

Gözəl dilimizin özüdür Quran,
İnsanın bəsirət gözüdür Quran,
Biz kimik Allahın sözüdür
Quran Cihada çağırır daim irəli,
Qəhrəman, yenilməz, Vətən əsgəri!

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.