Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
12.10.2020

“Latın dili haqqında”

Qədim Roma alimi Mark Terensi Varronun “Latın dili haqqında” adlı kitabının I cildi Azərbaycan dilində çapdan çıxmışdır. Kitabı Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin elmi işçisi Aysel Əhmədova dilimizə ingilis dilindən tərcümə etmişdir. Kitabın redaktoru və ön sözün müəllifi fil.e.d. İlhami Cəfərsoy, rəyçilər fil.e.d., professor Aslan Məmmədli və fil.e.d. Sevinc Əliyevadır.
Qədim Romanın ən görkəmli alimi hesab olunan Varron (e.ə. 116-27), demək olar ki, bütün elm sahələrinə aid əsərlər yazmışdır: ədəbiyyat, tarix, fəlsəfə, coğrafiya, hüquq, kənd təsərrüfatı və s. “Latın dili haqqında” (“De lingua latina”) adlı əsər 25 kitabdan ibarət olmuş və latın dilinin bütün xüsusiyyətlərini əks etdirmək məqsədilə yazılmışdır. Ancaq əsərdən yalnız 6 kitab (V-X kitablar) dövrümüzə qədər gəlib çatmışdır. Bu cildə daxil edilən V-VII kitablar latın dilindəki sözlərin etimologiyasına həsr olunmuşdur. Müəllifin fikrincə, bu sözlərin böyük hissəsi latın mənşəli sözlər olsa da, burada qədim yunan, etrusk və sabin dilindən alınmış xeyli miqdarda sözə də təsadüf olunur. Əsərin ən maraqlı cəhətlərindən biri burada bir çox qədim Roma müəllifinin yaradıcılığından nümunələrin verilməsidir.
Kitab qədim Romada latın dilinə həsr olunmuş əsas əsər olmaqla, bu dilin öyrənilməsi və araşdırılması üçün mühüm mənbə təşkil edir. Əsər “Latın dili haqqında” adlansa da, yalnız latın dili haqqında yox, qədim Roma tarixi, mədəniyyəti, dini, etnoqrafiyası və ədəbiyyatı barədə də məlumatlarla zəngindir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.