Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
08.10.2020

Biz haqq yolundayıq

Müstəqil Azərbaycan Respublikasının vətəndaşları hazırda tarixi günlər yaşayır. Əzəli Azərbaycan torpağı olan Qarabağın erməni işğalçılarından azad olunması uğrunda şanlı ordumuzun apardığı mübarizə və qələbələri hamımızı ürəkdən sevindirir. Qəhrəman ordumuzun qələbələri ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin polad iradəsinin, möhkəm qətiyyət və cəsarətinin, məqsədyönlü siyasətinin və yüksək peşəkarlıqla apardığı diplomatiyasının nəticəsində baş tutur.
Cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz haqq yolundayıq və Qarabağ torpağının erməni işğalçılarından azad edilməsi, haqqın, ədalətin böyük zəfəri və təntənəsidir. Bu günlər bütün Azərbaycan vətəndaşları: kiçiyindən tutmuş böyüyünə, cavanından tutmuş qocasına qədər hamı sonsuz sevinc içindədir, böyük qürur hissləri keçirir. Xalqımız çoxdan bu günlərin həsrətində idi. Ulu Yaradana şükürlər olsun ki, gözlədiyimiz gün gəlib çatdı və biz ən böyük arzumuza qovuşmağın yaxınlığında, astanasındayıq. Yaşadığımız bu tarixi günlərdə Qarabağ uğrunda gedən döyüşlərin şanlı ordumuzun tam qələbəsi ilə başa çatması üçün hər kəs, bütün Azərbaycan vətəndaşları əlindən gələni etməlidir. İndi hər kəs, o cümlədən, ziyalılar bu haqq savaşının tezliklə və tam zəfərlə başa çatması üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Qarabağ uğrundakı haqq savaşının tezliklə tam qələbə ilə başa çatması üşün hər kəs bacardığını etməli, ölkə Prezidentinin ətrafında sıx birləşməli və qəhrəman ordumuza hərtərəfli dəstək verməlidir. Bu, hər bir Azərbaycan vətəndaşının müqəddəs borcu olmalıdır.
Bu günlər çoxları kimi mən də həm müdrik Prezidentimiz, Ali Baş Komandanımızla, həm də igid əsgər və zabitlərimizlə fəxr edir, qürur duyuram. Sevincimin həddi-hüdudu yoxdur. Qarabağ Azərbaycandır. Uca Tanrı bütün Azərbaycan xalqını və bizə dəstək olanları qorusun.

akademik Möhsün Nağısoylu
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.