Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
07.10.2020

Təranə Şükürlü: “Ordumuzla qürur duyuruq”

Vətənə olan məhəbbət ölçü, miqyas tanımır. Vətən məhəbbəti ən ülvi hissdir.

Azərbaycan ordusu dünyanın güclü ordusu sıralarındadır. Azərbaycan ordusu torpaqlarını işğaldan azad etməyə tam hazırdır. Ordu sıralarında olan vətənpərvər gənclərimizin döyüş ruhu, əzmi bizi sevindirir.

Bu gün biz ordu dedikdə cəmiyyətin böyük sevgiylə və fəxarətlə
yanaşdığı, dəstək verdiyi güclü, qüdrətli bir qüvvə nəzərdə tuturuq. Bizim ordumuz saglam, vətənpərvər gənclər yetişdirib. Bu gün ordudakı gənclər tarixə yeni səhifələr yazırlar.

Erməni təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində azərbaycanlılara məxsus tarixi, mədəniyyət abidələri dağıdılmış, təbii sərvətlər talan edilmişdir. Mən 27 il öncə oktyabr ayında Zəngilandan məcburi köçkün düşmüşəm. Yadımda ancaq müharibənin törətdiyi fəsadlar qalıb. Ermənilərin rayonu atəşə tutduğu zaman necə zirzəmilərdə səhərə qədər gecələməyimiz uşaqlıq xatirələrimin acı səhifəsidir. Ay həmin aydır, ancaq 30 ilə yaxın vaxt keçir.Biz bu illərdə yalnız ayrılıqdan, həsrətdən yazdıq. Qələbədən də yazmalıyıq.

Həmin illərdə Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində Zəngilanda ikinci Xocalı faciəsinin qarşısı alındı. Yağışlı oktyabr ayında Zəngilanlılar Arazın sahilinə üz tutmuşdu.

Bu gün işğalçı ermənilər Azərbaycan toponimlərinin adını dəyişir. Hər bir toponimin adında biizm tariximiz, dil faktlarımız var. Coğrafi adlaryerin yaddaşıdır. Məlumdur ki, toponimi insan yaradır. Coğrafi adlar müqəddəs tutulmalıdır. Bu adların biz yenidən bərpa edəcəyik.

Ordumuz , döyüşən oğullar bu xalqın qəhrəmanlarıdır. Aərbaycan ordusunda hərbi güc, peşəkarlıq və iradə vardır. Düşmən bu iradəni və qətiyyəti görür, təlaşa düşür.

2016-cı ildə Aprel döyüşləri böyük zəfərin başlanğıcı idi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində "Böyük Qayıdış” prosesinə başlanğıcın verilməsi oldu.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş aparır.

Azərbaycan Ordusu heç vaxt hansısa bir dövlətin ərazi bütövlüyünü pozmaq, ərazisini işğal etmək üçün hansısa bir dövlətə təzyiq etmir.

Bugünkü döyüşlər Azərbaycan əsgərinin doğma torpaqlarını necə müdafiə etdiyini, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən üstün olduğunu bütün dünyaya sübut edir.

İnanırıq ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında doğma torpaqlarımız işğaldan azad olacaq.

Qarabağ bizimdir. Qarabağ Azərbaycandır.

Azərbaycan Ordusunun şəxsi heyətinə cansağlığı, xidmətlərində uğurlar arzulayıram. Qələbə bizimlədir.

Təranə Şükürlü

Filolologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Mətbuat Xidmətinin rəhbəri

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.