Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
21.09.2020

AMEA Türk dilləri şöbəsi ilə Türkiyənin Türk Dili Dərnəyi arasında əhəmiyyətli əməkdaşlıq

21 sentyabr 2020-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsi ilə Türkiyə Respublikası Türk Dil Dərnəyi arasında “Türkcə mətnlərin hərfi və yazılı tərcüməsi" ilə bağlı birgə əməkdaşlıq memorondumu imzalnıb.
Birgə əməkdaşlıqda əsasən, türkcə qədim yazı mətnlərin, əlyazmaların ortaq türk əlifbası ilə transkripsiyası və tərcüməsi, qohum dillərdə tərcümə zamanı ortaya çıxan problemlərin müzakirəsi və həlli istiqamətində addımlar atılması, türkologiyanın və türk dillərinin müasir problemlərinin vahid müstəvidə araşdırılması nəzərdə tutulur.
Bu çərçivədə mütəmadi toplantıların keçirilməsi, müzakirələrin aparılması və müzakirələr haqqında mətbuata maarifləndirici yazıların verilməsi, onlayn iclaslarda oxunan məruzələrin kitab şəklində toplanması və birgə diskussiyalarda əldə edilən nəticələrin çap olunması müqavilədə öz əksini tapıb.
Qeyd edək ki, birgə əməkdaşlıq memrondumunu Azərbaycan tərəfindən Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov, Türkiyə Respublikası tərəfindən Türk Dili Dərnəyinin prezidenti Gökbey Uluç imzalayıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.