Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
18.09.2020

Musa Adilovun əsərlərinin külliyyatı çapdan çıxıb

Azərbaycan Respublikasının görkəmli dilçilərindən biri, Bakı Dövlət Universitetinin professoru, filoloq alim Musa İsrafil oğlu Adilovun əsərlərinin tam külliyyatı bu yaxınlarda çapdan çıxmışdır. 10 cilddən ibarət olan bu əsərlərlə yanaşı, dilçi alimin həmmüəllif olduğu 6 kitab da yenidən işıq üzü görmüşdür.
Əsərlərinin I cildində professorun 1958-cil ildə müdafiə etdiyi “Müasir Azərbaycan dilində mürəkkəb sözlər” adlı namizədlik dissertasiyası və “Qəzet dili” monoqrafiyası yer tutur. II cildə onun 1969-cu ildə müdafiə etdiyi “Azərbaycan dilində təkrarlar sitemi” adlı doktorluq dissertasiyasının tam mətni daxil edilmişdir.
III cilddə “Azərbaycan dilində sintaktik təkrarlar” və “Təqlidi sözlər” kitabları yer tutur. Ayrı-ayrı ifadələrin izah olunduğu “”Niyə belə deyirik?” əsəri (IV cild), müxtəlif sənətkatların dil və üslub məsələlərindən bəhs edən “Sənətkar və söz” və “Klassik ədəbiyyatımızda dil və üslub” əsərləri (V cild), ayrı-ayrı hikmətli sözlərin və frazeoloji ifadələrin izah olunduğu “Qanadlı sözlər” (VI cild), “Məhəmməd Füzulinin üslubu və poetik dili” (VII cild) adlı əsərləri nəşr olunmuşdur. Müəllifin 1955-ci ildən 1996-cı ayrı-ayrı qəzet və jurnallarda çıxan məqalələri VIII, IX və X cildlərdə öz əksini tapır.
Eyni zamanda Musa Adilovun rəhbərliyi altında həmmüəllif olduğu əsərlər də nəşr olunmuşdur. Bunlar “Dilçilik problemləri”, “Azərbaycan dilinin semasiologiyası”, “Azərbaycan dilinin izahlı terminlər lüğəti” (Z.Verdiyeva və F.Ağayeva ilə birlikdə), “Sabit söz birləşmələri” (G.Yusifovla birlikdə), “Uşaq və şeir” (V.Mərdanovla birlikdə), “Azərbaycan onomastikası” (A.Paşayevlə birlikdə) kitablarıdır.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.