Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
07.08.2020

Türk dilləri şöbəsinin müdiri Elçin İbrahimov Türk Dil Qurumunun müxbir üzvü seçilib

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov Türk Dil Qurumunun müxbir üzvü seçilib.
Elçin İbrahimov Azərbaycanda qurumla birgə aparılan türkoloji araşdırmalara kuratorluq edəcək. O, türkologiya elminin müxtəlif sahələri ilə bağlı apardığı tədqiqatlarına, xüsusilə türk dünyasında ortaq ünsiyyət dili, ortaq əlifba, müstəqil türk respublikalarında dil siyasəti araşdırmalarına görə Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu tərəfindən dünyanın müxtəlif ölkələrindən olan alimlər arasından seçilib.
Türk Dil Qurumu qurulduğu gündәn etibarәn Türk dilinin aktual problemlәri ilә mәşğul olaraq hәll yollarının tapılması istiqamәtindә fәaliyyәtlәr aparıb. Qurum bu gün də türk dilinin yazılı və şifahi mənbələri ilə bağlı araşadırmalar aparmaq, türk dilinin zənginliyini meydana çıxarıb, türk dünyasında ortaq ünsiyyət dili, dünyada isə geniş yayılmış dil mövqeyinə çatdırmaqdan ibarətdir.
Qeyd edək ki, Türk Dil Qurumu 12 iyul 1932-ci ildə Türkiyə Cümhuriyətinin qurucusu Mustafa Kamal Atatürkün əmri ilə qurulmuşdur. Mustafa Kamal Atatürk Türk dili ilә bağlı aparılan araşdırmaları yaxından tәqib edib. Mustafa Kamal Atatürk vәfat etmәzdәn bir qәdәr әvvәl yazdığı vәsiyyәtnamә ilә bütün sәrvәtini Türk Dil Qurumu vә Türk Tarix Qurumuna bağışlayıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.