Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
  “Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
22.06.2020

“Azərbaycan qəhrəmanı” virtual düşərgəyə start verilib

İyulun 20-də Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan qəhrəmanı” adlı virtual düşərgəyə start verilib.
Onlayn düşərgənin məqsədi yeniyetmə və gənc nəsildə milli-mənəvi dəyərlərin təbliği, milli köklərimizə bağlılıq, dövlətçiliyimizin qorunub saxlanması, hərbi vətənpərvərlik və müasir ordumuzun gücünün təbliği, gənclərimizin mərd, cəsur, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşması istiqamətində vətənpərvərliyin məzmununu onlara daha da düzgün çatdırmaqdan ibarətdir. Onlayn düşərgənin istiqamətlərindən biri də son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən hərbi əməliyyatlar zamanı yaranmış vəziyyətlə əlaqədar “Azərbaycan Ordu”suna dəstək məqsədilə və Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların xatirəsinə həsr olunacaq.
Layihənin ilk gününü virtual hərbi düşərgənin rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitunun Mülki Müdafiə Qərargahının rəisi, Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant Mehman Həsənov açıq elan edib.
Sonra “Ölkənin tarixi” istiqaməti üzrə Bakı Dövlət Universitetinin dosenti, tarix elmlər namizədi, Qarabağ müharibəsi veteranı Atamoğlan Məmmədli, “Döyüş sənəti növləri” istiqaməti üzrə Azərbaycan Taekvondo Federasiyasının milli məşqçisi və Milli Hakimi, Beynəlxalq dərəcəli 3-cü Dan qara kəmər sahibi Seymur Şahbazov və “Səmti müəyyənetmə” istiqaməti üzrə isə Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının üzvü və Azərbaycan çempionu Süleyman Əliyev tərəfindən təlimlər keçirilib.
Adları qeyd olunan peşəkar təlimçilər həmçinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin mütəxəssisləridir.
5 gün davam edəcək düşərgəyə iyulun 25-də yekun vurulacaq.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.