Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
  “Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
20.06.2020

DİLÇİLİK İNSTİTUTUNDA NÖVBƏTİ MAGİSTR MÜDAFİƏSI KEÇİRİLDİ

İyunun 18-də Nəsimi adına Dilçilik İnstitutunda 2020-ci tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübəsini uğurla başa vurmuş II kurs magistrant Ramazanova Sevinc Fərəc qızının Dilşünaslıq- Qədim dillər (Dillər və sahələr) ixtisaslaşması üzrə magistr dissertasiyasının müdafiəsi keçirilib. İclası Nəsimi adına Dilcilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu açıb. Çıxışında Dilçilik İnstitutunda qədim dillər üzrə magistr təhsilinin uğurla davam etdirildiyini qeyd edən akademik, bu sahə üzrə kadrların yetişidirilməsinin əhəmiyyətindən bəhs edib.

İxtisaslaşdırılmış magistr dissertasiya müdafiəsi Şurasının sədr müavini prof. Sayalı Sadıqova iclası davam etdirərək 75 illiyi qeyd olunan Dilçilik İnstitutunda magistratura təhsilinin yeni tarixi bir səhifə açdığını qeyd etmişdir. Sonra İxtisaslaşdırılmış müdafiə şurasının katibi dos. Qətibə Quliyeva iddiaçı Sevinc Ramazanovanın tərcümeyi-halı, ümumi müvəffəqiyyət göstəricisi, magistratura müddətində göstərdiyi elmi nəticələrlə komissiya üzvlərini tanış edib.

Sonra filologiya elmləri doktoru İlhami Cəfərsoyun elmi rəhbərliyi altında “Qədim dillər və mədəniyyətlər” şöbəsində yerinə yetirilən “Bartolomey Corceusun “Türklərin ayin və mərasimləri” əsərində leksik-semantik söz qrupları” mövzusunda magistr dissertasiya işi təqdim olunub. Sevinc Ramazanova dissertasiya işi haqqında geniş məlumat verib. O qeyd edib ki, tədqiqat işi giriş, üç fəsil və nəticədən ibarətdir. Magistrant tədqiqat işinin Azərbaycan dilçiliyi, o cümlədən türkoloji dilçilik tarixində bu mövzuda yazılan ilk araşdırma olduğunu vurğulayıb, tədqiqatın elmi yeniliyi, aktuallığı, nəzəri və praktik əhəmiyyəti haqqında danışıb.

Sonra magitrantın elmi rəhbəri filologiya elmləri doktoru İlhami Cəfərsoy dissertasiya işi haqqında müsbət rəyini bildirmiş, magistrantın dissertasiya işini karantın günlərində xüsusi məsuliyyət və gərgin axtarışlar nəticəsində hazırladığını söyləyib. Rəsmi rəyçi fil.ü.f.d., dos. Aynel Məşədiyeva öz rəyində dissertasiya işinin məzmun və elmi dəyərinə görə türkologiya elmi üçün olduqca aktual olduğunu, tədqiqat işinin həm tarixilik, həm də müqayisəlilik aspektində yerinə yetirilməsini müsbət cəhətlərindən biri kimi qeyd etmişdir. Müdafiə suallar və müzakirələrlə davam etmişdir. İclasda Dilçilik İnstitunun elmi işlər üzrə direktor müavini, İxtisaslaşdırılmış magistr dissertasiya müdafiəsi Şurasının üzvü, fil.ü.f.d., dos. Baba Məhərrəmli, Qədim dillər və mədəniyyətlər şöbəsinin böyük elmi işçisi fil.ü.f.d Günel Orucova, Təhsil şöbəsinin müdiri fil.ü.f.d., dos. Qətibə Quliyeva çıxış edərək dissertasiya işi haqqında müsbət fikirlərini bildirmişlər.

Suallara cavab verən və söylənilən iradlara münasibətini bildirən magistrant Sevinc Ramazanova təqdim etdiyi “Bartolomey Corceusun “Türklərin ayin və mərasimləri” əsərində leksik-semantik söz qrupları” mövzusunda magistr dissertasiyasını uğurla müdafiə edib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.