NƏSİMİ adına DİLÇİLİK İNSTİTUTUNUN 75 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ KONFRANS
2020-ci ilin noyabrında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun yaradılmasının 75 illiyinə həsr olunan “Dilçiliyin aktual problemləri” adlı beynəlxalq elmi konfrans keçiriləcəkdir.
Konfransa aşağıdakı bölmələr üzrə m əruzələr qəbul olunur:
Azərbaycan dilçiliyinin aktual problemləri
Ədəbi dil və dil normaları qloballaşma şəraitində
Ümumi və nəzəri dilçilik məsələləri
Türkoloji tədqiqatların müasir aspektləri
Terminologiya və onomastika məsələləri
Linqvstik mətnşünaslıq və dil tarixi
Məruzələrin tərtibinə qoyulan tələblər:
Məruzələr А4 formatda , Timеs New Roman – şrift 12, interval – 1,5
Mətnin əvvəlində böyük şriftlə məruzənin adı, müəllifin adı, soyadı, atasının adı, elmi dərəcəsi (varsa), iş yeri, elektron ünvanı qeyd olunur.
Məruzənin mətni ingilis dilində xülasə ilə birlikdə 6 səhifə olmalıdır.
Məruzələrin qəbulu: 30.10. 2020-ci il tarixinədək qəbul olunur.
Konfransın işçi dili – Azərbaycan, ingilis, rus.
Təşkilat komitəsi məruzələrin seçilməsi, düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), geri qaytarılması hüququna malikdir.
Konfransda iştirak forması: əyani, qiyabi (onlayn).
Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 115, V mərtəbə.
AMEA Nəsimi adına Dilçilik İnstitutu.
Əlaqə telefonu: +99412 538-19-85
Məruzələrin göndəriləcəyi ünvan: dilcilikkonfrans@gmail.com