Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
28.05.2020

Dilçilik İnstitutunun elmi katibi beynəlxalq onlayn forumda iştirak edib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, fil.ü.f.d., dosent Aynel Məşədiyeva Kanadanın Toronto şəhərində keçirilmiş «Science. Education. Practice» adlı Beynəlxalq onlayn universitet elmi forumunda iştirak edib, sertifikatla təltif olunub.
“Science. Education. Practice” adlı beynəlxalq forumda Azərbaycanla yanaşı, Çin, Rusiya, Qazaxıstan və digər ölkələrdən dəvət edilmiş alimlər iştirak ediblər.
Dosent Aynel Məşədiyeva “Critical analysis of the views of turkologists on the etymology of some Turkic secondary adverbial participles” (“Türk dillərinin bəzi ikincili feili bağlamaların etimologiyasına dair türkoloqların baxışlarının tənqidi təhlili”) mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, türk dillərində ikincili feili bağlama şəkilçilərinin etimologiyasına dair türkoloqların baxışlarının tənqidi təhlili həmin şəkilçilərin təkamülünün tam mənzərəsini təqdim etməyə, türk dillərinin müasir və tarixi morfologiyası məsələlərini daha dərindən araşdırmağa, türk dillərinin qrammatik sistemində mövcud boşluqları doldurmağa imkan verir.
Mövzu forum iştirakçılarının marağına səbəb olub. Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.