Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
11.05.2020

HEYDƏR ƏLİYEVİN DÖVLƏTÇİLİK TƏLİMİ VƏ MÜASİR DÖVR” MÖVZUSUNDA BEYNƏLXALQ ONLAYN KONFRANS KEÇİRİLİB

7 may 2020-ci il tarixində AMEA-nın təşkilatçılığı ilə “Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” mövzusunda beynəlxalq onlayn elmi konfrans keçirilib. Tədbirə videokonfrans sistemi vasitəsilə qatılan yerli və xarici məruzəçilər iştirak etdiyi konfransda Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu da iştirak etmişdir.

Konfransı giriş sözü sözü ilə AMEA-nın birinci vitse-prezidenti, akademik  İsa Həbibbəyli  açıb. Akademik ulu öndər Heydər Əliyevin XX əsrin görkəmli dövlət xadimi, dünyanın siyasət meydanında bir lider kimi yüksək qiymətləndirildiyini bildirib. Azərbaycanın son yarım əsrdən artıq bir dövrdəki inkişafının bütün hadisələri, əsas nailiyyətləri ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə birbaşa bağlı olduğunu qeyd edən akademik böyük dühanın dünyada gedən ictimai-siyasi prosesləri həm izləyərək, həm də aktiv şəkildə proseslərə müdaxilə edərək xalqımızın milli maraqlarını, dövlətçilik mənafelərini hər şeydən üstün tutduğunu diqqətə çatdırıb.

Bu gün ölkəmizdə ulu öndər Heydər Əliyevin böyük ideyalarının ardıcıllıqla və uğurla həyata keçirildiyini bildirən AMEA-nın birinci vitse-prezidenti İ.Həbibbəyli, Prezident İlham Əliyev müstəqil Azərbaycanı yeni epoxanın reallıqlarına uyğun şəkildə böyük sürətlə inkişaf etdirərək yeni sabahlara doğru apardığını söyləyib.

Konfransda daha sonra Beynəlxalq Türk Akademiyasının prezidenti  Darxan Kıdıralı  “Türk xalqları arasında qarşılıqlı əlaqələrin inkişafında Heydər Əliyevin rolu” mövzusunda çıxış edib. Şimali Kiprin Yaxın Doğu Universitetinin professoru  Fəxrəddin Sadıqoğlu  “Kiprdə Heydər Əliyev xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər”, Rusiyanın “Cənub Universiteti”nin rektoru, professor  İmran Əkbərov  “Azərbaycan-Rusiya münasibətlərinin formalaşmasında Heydər Əliyevin rolu”, Türkiyənin Maltəpə Universitetinin professoru  Ramazan Qorxmaz  “ Heydər Əliyev və Azərbaycan-Türkiyə münasibətləri ” mövzusunda məruzələrlə çıxış ediblər.

Azərbaycanın müxtəlif qurum və təşkilatlarının nümayəndələrinin də qatıldığı konfransda Dilçilik İnstitutu nun direktoru, akademik  Möhsün Nağısoylu nun “ Heydər Əliyev və Azərbaycan dili ” adlı məruzə ilə çıxış edib, ümumilli liderin ana dilimizin saflığı, qorunması və milli dil, dövlət dili statusu alması üçün apardığı böyük siyasi və ictimai mücadiləsindən danışıb.

Konfransda Naxçıvan Bölməsi nin sədri, akademik  İsmayıl Hacıyev , Memarlıq və İncəsənət İnstitutu nun direktoru, AMEA-nın müxbir üzvü  Ərtegin Salamzadə , Fəlsəfə İnstitutu nun direktor müavini, f.ü.f.d.  Eynulla Mədətli , “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid , prof.  Rəna Mirzəzadə , fil.e.d Elnarə Akimova , Yeni Azərbaycan Partiyası AMEA ərazi partiya təşkilatı nın sədri, b.ü.f.d.  Ulduzə Qurbanova da məruzələrlə çıxış etmişlər.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.