Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
11.05.2020

“AZƏRBAYCAN BƏDİİ TƏRCÜMƏ SƏNƏTİNİN İNKİŞAFINDA NAXÇIVANLI ZİYALILARIN ROLU” MÖVZUSUNDA ONLAYN RESPUBLİKA ELMİ KONFRANSI

30 aprel 2020-ci il tarixində Naxçıvan Dövlət Universitetində “Azərbaycan bədii tərcümə sənətinin inkişafinda naxçıvanlı ziyalıların rolu” mövzusunda onlayn Respublika elmi konfransı keçirilib.
Konfransda AMEA Nəsimi adına Dilçilik İnstitutunun, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, AMEA Naxçıvan Bölməsinin, Azərbaycan Dillər Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları iştirak ediblər.
Konfransı giriş sözü ilə açan universitetin rektoru prof. Elbrus İsayev tərcümə sənətindən, müxtəlif xalqların tərcümə tarixinin öyrənilməsinin əhəmiyyətindən danışıb.
Konfransda iştirak edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu tərcümə sənətinin tarixinə nəzər salıb, Azərbaycanda tərcümə tarixinin “Qurani-Kərim”lə bağlı olduğunu bildirib. “Baba Nemətullah Naxçıvaninin elmi və tərcüməçilik fəaliyyəti”ndən bəhs edən akademik Oğuzların ana kitabı “Kitabi-Dədə Qorqud”da “Qurani-Kərim”in İxlas surəsinin bədii tərcüməsinin olması haqqında məlumat verib, “Kitabi-Dədə Qorqud”un 1300 illiyinin qeyd edildiyini nəzərə alaraq Azərbaycanda tərcümə tarixinin 1300-dən çox yaşı olduğunu qeyd edib. Orta əsrlərdə yaşamış türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, Azərbaycanın təsəvvüf və təfsir alimləri arasında xüsusi yeri olan ilk tərcüməçi alimlərdən Hinduşah Naxçıvaninin təcüməçilik fəaliyyətindən danışan akademik, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Sərəncamına əsasən Naxçıvanda keçirilən Hinduşah Naxçıvaniyə həsr edilmiş konfransı alimin irsinə verilən yüksək qiymət kimi dəyərləndirib.
Konfransda AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, professor Hüseyn Həşimli, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar, Naxçıvan Dövlət Universiteti Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Əsgər Qədimov və başqaları məruzələrlə çıxış ediblər. Daha sonra konfrans “Bədii tərcümənin tarixi və nəzəriyyəsi”, “Bədii tərcümə müasir mərhələdə” adlı bölmə iclasları ilə davam edib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.