Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
24.04.2020

DİLÇİLİK İNSTİTUTUNUN ƏMƏKDAŞLARI NƏZƏRİ-TƏCRÜBİ TƏDQİQATLARININ NƏTİCƏLƏRİNİ YERLİ VƏ XARİCİ NÜFUZLU JURNALLARDA İŞIQLANDIRIR

Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları apardıqları tədqiqatların ümumi nəticələrini məqalə, monoqrafiya və konfrans materiallarında əks etdirirlər. Xüsusi karantin rejimindən əvvəl müxtəlif qaynaqlara, kitabxana və fondlara müraciət edən alimlərimiz, gənc tədqiqatçılarımız ölkədə tətbiq edilən xüsusi karantin rejimində sosial təcrid qaydalarına uyğun olaraq tədqiqatlarını ev şəraitində davam etdirirlər. Karantin dövründə alim və tədqiqatçılarn mütəmadi olaraq müraciət etdikləri AMEA-nın Mərkəzi Elmi Kitabxanası da öz iş rejimini onlayn davam etdirir. MEK-in direktoru Sevil Zülfüqarovanın rəhbərliyi ilə mövcud şərtlərdə veb-səhifə və onlayn xidmət vasitəsilə yaratdığı imkanlardan, Dilçilik İnsitutunun “Azərbaycan dilinin informasiya bazası” sistemində və elektron kitabxanasında təqdim olunan qaynaqlardan, Milli kitabxana və dünya kitabxanalarının virtual rejimdə təqdim etdikləri resurslardan, onlayn xidmətlərdən, nəşrlərin pdf və e-pub formatlarından geniş istifadə edərək elmi-tədqiqat işləri, məqalələri üzərində işləyərək elmi fəaliyyətilərində fasilənin yaranmasına imkan vermirlər. İnstitut əməkdaşları fil.ü.f.d., dos. Şəkər Orucova “Kökü kəsilən türk dilləri” mövzusunda araşdırmalarını davam etdirmiş, bu silsiləsdən növbəti məqaləsini bitirib. Fil.ü.f.d., dos. Aynel Məşədiyeva həmçinin “Functional-semantic potential of some common Turkic infinitives” adlı məqaləsini bitirib “Terminologiya məsələləri” jurnalına təqdim etmişdir. Fil.ü.f.d. Günel Mirzəyeva “Müstəqillik dövrü Azərbaycan şeirinin dil və üslub xüsusiyyətləri” adlı monoqrafiyasının redaktə işlərini bitirərək çapa hazırlayıb. Fil.ü.f.d., dos. Şəbnəm Həsənli-Qəribova “Orta əsrlər türk dillərində elmi üslub” mövzusunda tədqiqlərini davam etdirir, bu sahəylə bağlı orta əsrlərdə tərtib olunan təbabət elminə dair qaynaqların terminoloji sistemi haqqında məqalə hazırlayıb. Fil.ü.f.d. Turan Hüseynova doktorant Elnurə Hüseynovanın “Türk dillərində təbiət leksikası” adlı fəlsəfə doktorluğu hazırlığı üzrə dissertasiyasına rəsmi rəyini hazırlayıb.
Karantin dövründə İnstitut əməkdaşlarının beynəlxalq və yerli elm mərkəzləri ilə əlaqələrində də səngimə hiss olunmur, institut əməkdaşları həm respublika xaricində, həm də respublikada keçirilən tədbirlərə, elmi seminar və konfranslara onlayn şəkildə qatılır, məruzələrlə çıxış edirlər. Akademik Möhsün Nağısoylu Beynəlxalq Türk Akademiyasının “Tonyukuk abidəsinin 1300 illik yubileyi çərşivəsində Qazaxıstanın Astana şəhərində 24 aprel 2020-ci ildə keçirəcəyi onlayn konfransda iştirak üçün dəvət alıb. Bundan başqa akademik, Naxçıvan Dövlət Universitetinin 18 mart 2020-ci ildə keçirilməsini nəzərdə tutduğu, lakin ölkədə pandemiya əleyhinə həyata keçirilən tədbirlər çərçivəsində 30 aprel 2020-ci il tarixində keçiriləcək “Naxçıvanlı tərcüməçilər” respublika konfransında məruzə ilə iştirak etməsi nəzərdə tutulub. Fil.ü.f.d. Fidan Salayeva onlayn qatıldığı konfransda məruzə ilə iştirak edib, sertifikatla təltif olunub. Amerikanın Miçiqan Universitetinin professoru Timur Kocaoğlu tərəfindən təşkil olunan “Türkbilim” beynəlxalq onlayn konfransının 4-11-18 aprel tarixlərində keçirilən seminarlarında institut əməkdaşları, Türk dilləri şöbəsinin müdiri fil.ü.f.d. Elçin İbrahimov, Təhsil şöbəsinin müdiri fil.ü.f.d., dos. Qətibə Quliyeva, gənc tədqiqatçı Dilbər Camali iştirak edib, dilşünaslıq, müasir türkologiyanın aktual problemləri, qədim dillər və yazı sistemlərinə dair aparılan müzakirələrə qatılıblar. Bundan başqa fil.ü.f.d. Xədicə Heydərovanın Polşanın beynəlxalq indeksli “Internatıonal Academy Journal” (Web of Scholar) jurnalında Mahmud Kaşğari lüğətinin tərtibi prinsiplərinin təhlililnə dair “Построение словаря Махмуда Кашгари «Диван лугат ат-турк» (Сравнительный анализ словарей Аль-Фараби «Диван Аль-Адаб фи Баян Люгатил-л-араб» и Махмуда Кашгари «Диван Лугат-ат-Турк»)” məqaləsi çap olunub. Lüğətçilik şöbəsinin əməkdaşı dos. Füzuli Mustafayevin Almaniyada dərc olunan beynəlxalq indeksli “Zeitschrift fuer die Welt der Tuerken/Journal of World of Turks” jurnalında “Sinema dili ve sözlü edebi dil” adlı məqaləsi çap olunub.
Dünyanı öz çənginə alan COVİD-19 pandemiyası dövründə AMEA Nəsimi adına Dilçilik İnstitutun əməkdaşları elmi fəaliyyətlərini sosial təcrid şəraitində də davam etdirir, mövcud şəraitdə əldə olan bütün qaynaqlardan istifadə edərək elmi yaradıcılıqlarını genişləndirir, onlayn müzakirələr keçirir, telegörüşlərdə iştirak edir, plan işləri, monoqrafiya, kitab və məqalələrin hazırlanması üzrə müvafiq məsləhətləşmələr aparırlar.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.