Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
24.04.2020

AMEA Nəsimi adına Dilçilik İnstitutunda təhsil-tədris işləri xüsusi karantin rejiminə uyğunlaşdırılıb

Pandemiya zamanı bütün dünyada məktəb və universitetlərin müvəqqəti olaraq bağlandığını, təhsil proqramlarının təxirə düşdüyünü, təhsil sisteminin isə artıq onlayn sistemə keçdiyini müşahidə edirik. Bu gün sosial təcrid şəraitində Azərbaycanda da müvəqqəti olaraq məsafədən təhsil sisteminə keçilib. Dilçilik İnstittunun alimləri də ayrı-ayrı təhsil müəssisələrində onlayn dərslərdə iştirak edir, ölkənin təhsil sistemində durğunluğun yaranmaması, təhsilin davamlılığını təmin edilməsi istiqamətində əllərindən gələn bütün fədakarlığı göstərirlər. İnstitut əməkdaşları prof. Qara Məşədiyev, prof. İsmayıl Kazımov, prof. Məsud Mahmudov, prof. İlham Tahirov, prof. Mayıl Əsgərov, fil.e.d. Tünzalə Baxşiyeva, dos. Şəkər Orucova, dos. dos. Elnarə Əliyeva, dos. Qətibə Quliyeva, dos. Təranə Şükürova, dos. Teyyub Quliyev, dos. Qətibə Mahmudova, dos. Baba Məhərrəmli, dos. Reyhan Mədətova, dos. İlahə Qurbanova, dos. Rasim Heydərov, dos. Kifayət İmamquliyeva, dos. Ruslan Abdullayev, Dilbər Camali, Rəna Məmmədova, Böyükxanım Əsgərova tətbiq olunan xüsusi karantin rejiminin tələblərini nəzərə alaraq AMEA-da və müxtəlif ali təhsil mərkəzlərində məsafədən təhsilə qoşulub.
İnstitutun Təhsil şöbəsinin müdiri fil.ü.f.d., dos. Qətibə Quliyeva ölkədə tətbiq edilən sosial təcridin tələblərinə uyğun olaraq onların da öz işlərini distant yolla həyata keçirdiyini qeyd edib. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncamına əsasən, institutda “Qədim dillər (Dillər və sahələr)” ixtisaslaşması üzrə magistratura pilləsində təhsil alan I və II kurs magistrlər üçün dərslərin onlayn olaraq tədrisinə başlanılıb. Onlayn dərslərin intensiv və keyfiyyətli tədris olunması məqsədilə xüsusi qrafiklə cədvəl qurulub, tədrisin baş tutması üçün proqramlar tərtib olunub.
Təhsil şöbəsinin müdiri dos. Qətibə Quliyeva qeyd edib ki, prof. Aslan Məmmədli, fil.e.d. İlhami Cəfərsoy, dos. Kifayət İmamquliyeva, dos. Elnarə Əliyeva, elmi işçi Böyükxanım Əsgərova fəal olaraq tədris işində iştirak edir, xüsusi proqramlar vasitəsilə ixtisas fənlərini onlayn şəkildə keçirlər. Onlayn dərslər haqqında ardıcıl olaraq AMEA Elm və Təhsil Baş İdarəsinə, Magistratura şöbəsinə məlumat verilir. İnstitut rəhbərliyinin və Təhsil şöbəsinin nəzarəti altında həyata keçirilən distant tədris prosesində Magistratura şöbəsinin rəhbəri a.e.ü.f.d., dos Fikrət Feyziyev də onlayn olaraq iştirak edib, xüsusi karantin dövründə fəallıq göstərən tələbə və müəllimlərə öz təşəkkürün bildirib, onlayn dərslərlə bağlı öz fikir və tövsiyələrini çatdırıb.

Təhsil şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.