Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
  Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
17.03.2020

AMEA-da Humanitar və İctimai Elmlər Bölməsinin elmi şurasının ilk iclası keçirilib

16 mart 2020-ci il tarixind ə Azərbaycan Milli Elmlər Akademiyasında Humanitar və İctimai Elmlər Bölməsinin elmi şurasının ilk iclası keçirilib.

İclası AMEA-nın birinci vitse-prezidenti, bölmənin sədri, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki elmi-təşkilati və cari məsələlər haqqında məlumat verib.

Sonra Humanitar və İctimai Elmlər bölmələri üzrə elmi-təşkilati və kadr məsələlərinə baxılıb. Müzakirələrdən sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva Nəsimi adına Dilçilik İnstitutunun Elmi katibi vəzifəsinə yenidən təsdiqlənib. Həmçinin sənətşünaslıq üzrə elmlər doktorları - Sevil Fərhadova Memarlıq və İncəsənət İnstitutunun Muğamşünaslıq şöbəsinin, Rəna Abdullayeva həmin institutun Kulturologiya və incəsənətin nəzəriyyəsi şöbəsinin, İradə Köçərli Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsinin, Nailə Rəhimbəyli Folklor İnstitutunun Musiqi folkloru şöbəsinin, filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilov həmin institutun Klassik folklor şöbəsinin və fəlsəfə üzrə elmlər doktoru Roida Rzayeva Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin nəzəriyyəsi şöbəsinin müdiri vəzifələrinə təsdiqləniblər.

İclasda Nəriman Nərimanov və Əbdürrəhim bəy Haqverdiyevin 150 illik, Əziz Mirəhmədovun 100, Ziyəddin Göyüşovun 100, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 70 illiyi ilə bağlı müvafiq elmi müəssisələrdə konfrans və tədbirlər keçirilməsinə dair təkliflərin Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Sonra akademik İsa Həbibbəyli AMEA-da dialektologiya, numizmatika, sosiologiya, türkologiya və digər ixtisaslar üzrə doktoranturaya yer ayrılmasının zəruriyyətindən danışıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.