Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
28.02.2020

Müasir Türk dilində tabeli mürəkkəb cümlə

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin böyük elmi işçisi fil.f.d. Turan Azər qızı Hüseynovanın “Müasir Türk dilində tabeli mürəkkəb cümlə” kitabı çap olunub. Kitabın elmi redaktoru f.e.d. prof. Rüfət Rüstəmov, rəyçiləri f.e.d., prof. Sevil Mehdiyeva və fil.f.d., dos. Qətibə Quliyevadır.
Monoqrafiya türkoloji dilçilikdə xüsusi araşdırılmaya ehtiyacı olan tabeli mürəkkəb cümlənin tədqiqinə həsr olunmuşdur. Türk dilində cümlə, cümlənin quruluşca növləri, mürəkkəb cümlə, tabeli mürəkkəb cümlə geniş şəkildə araşdırılmışdır. Müasir türk dilində işlənmə tezliyinə görə birinci olan tamamlıq budaq cümləsi müəllif tərəfindən təhlil edilmişdir. Kitab üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. I fəsil “Müasir türk dilində mürəkkəb cümlənin tədqiqi”, II fəsil “Mürəkkəb cümlə və növləri”, III fəsil “Tamamlıq budaq cümləsi”ndən bəhs edir. I fəsildə müəllif müasir türk dilində cümlənin tədqiqi tarixinə nəzər salmış, burada Türkiyə, Rus, Avropa, Qazağıstan türkoloqlarının apardıqları bölgülər göstərilmişdir. II fəsildə müasir türk dilindəki mürəkkəb cümlə strukturları geniş formada izah olunmuşdur. III fəsil müasir türk dilində ən çox işlənmə tezliyinə malik olan tamamlıq budaq cümləsinin araşdırılmasına həsr olunmuşdur.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.