Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
  Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
17.02.2020

Roza Hüseyn qızı Eyvazova

(1937- 2020)

Roza Hüseyn qızı Eyvazova 1937-ci il aprelin 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə Bakı şəhəri Səbail rayonundakı 7 №-li məktəbi bitirmiş, həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1959-cu ildə oranı Azərbaycan dili və İran filologiyası ixtisası üzrə bitirmişdir.
1966-cı ilə qədər Bakının 1 №-li internat məktəbində fars dili fənnini tədris etmişdir. 1967-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır.
1996-cı ildən filologiya elmləri doktorudur. 1998-ci ildən 2014-cü ilə qədər Dilçilik İnstitutunda Dil əlaqələri şöbəsinin müdiri vəzifəsində, 2014-cü ildən Sosiolinqvistika və Psixolinqvistika şöbəsində baş elmi işçisi vəzifəsində çalışmışdır.
150-dən çox əsəri, o cümlədən monoqrafiya və məqalələri dil əlaqələri və dilimizin tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir.
3 mart 1988-ci ildə «Əmək veteranı» medalı ilə, anadan olmağının 70 illiyi ilə əlaqədar 17 oktyabr 2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanı ilə, 6 aprel 2012-ci ildə elm və mədəniyyət sahəsindəki layiqli xidmətlərinə görə Almaniyada Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyəti İnstitutu tərəfindən fəxri fərmanla, Azərbaycan dilçilik elminin inkişafındakı xidmətlərinə görə və anadan olmasının 75 illiyi ilə əlaqədar 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanı ilə təltif edilmişdir.
Roza Eyvazova 2012-ci ildə Azərbaycan Respublikası “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə istedadlı gənc alimlərin hazırlanmasına, səmərəli elmi fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, Dilçilik elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə ən yaxşı vətənpərvər tədqiqatçı alim diplomu və qızıl medalı ilə təltif edilmişdir.
Roza Eyvazova əvəzsiz xidmətlərinə və elmin inkişafına verdiyi töhfələrə görə “Tuti Bikə” mükafatına layiq görülmüşdür.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.