Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
  Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
10.01.2020

Kamilə Abdulla qızı Vəliyevanın 80 illik yubileyi qeyd olunub

10 yanvarda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Kömpüter dilçiliyi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Kamilə Abdulla qızı Vəliyevanın 80 illik yubileyi qeyd olunub.
Tədbiri giriş sözü ilə açan AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən olan Kamilə Vəliyeva zəngin erudisiyasına, dərin biliyinə, görə seçilən, xalqa və onun mədəniyyətinə dərin hörmət bəsləyən sadə, təvazökar və humanist insandır. O, 1971-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə edib filologiya elmləri namizədi, 1997-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Alim Respublika Ali Attestasiya Komissiyasının dil və ədəbiyyat üzrə ekspert şurasının üzvü olmuş, Dilçilik İnstitutunun Elmi Şurasının, Müdafiə Şurasının üzvüdür. 1971-81-ci illərdə AMEA-nın Dilçilik İnstitutunda kiçik elmi işçi, 1981-91 illərdə böyük elmi işçi olmuş, 1991-ci ildən tədqiqatı mətnlərin avtomatik işlənməsi problemlərinə həsr edilmişdir.


İnstitutun Həmkarlar Təşkilatının sədri filologiya elmləri doktoru, Sevinc Əliyeva elmdə səmərəli fəaliyyətinə Kamilə Vəliyevanı Fəxri fərmanla təltif edib.
Sonra professorlar İsmayıl Məmmədli, Məsud Mahmudov, filologiya üzrə fəlsəfə doktoru, dosentlər Kifayət İmamquliyeva, Təranə Şükürlü, Vahid Adilov, Teyyub Quliyev, Qüdsiyyə Qəmbərova, İntizar Salahova, Qətibə Quliyeva çıxış edərək alimin yüksək insani keyfiyyətlərindən, səmərəli elmi fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.