Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
  Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
30.12.2019

Zərifə Budaqovanın 90 illik yubileyi keçirilib

27 dekabrda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Əməkdar elm xadimi , AMEA-nın müxbir üzvü Zərifə İsmayıl qızı Budaqovanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
İclası giriş sözü ilə açan Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki,  Zərifə Budaqova bütün ömrünü Azərbaycan dilinin qrammatik quruluşunun öyrənilməsinə, tədqiqinə həsr edib. Professor Zərifə Budaqova Azərbaycan dilçiliyində müasir Azərbaycan dili sahəsinin yaradıcılarından, qrammatika sahəsinin aparıcı mütəxəssislərindən biri olmuşdur. Onun elmi tədqiqatları, əsasən, Azərbaycan dilinin morfologiyası, sintaksisi, üslubiyyatı, dil əlaqələri, tətbiqi dilçilik məsələləri, xüsusən punktuasiya məsələlərini əhatə edir. Zərifə Budaqovanın Azərbaycan dilçiliyinin və türkologiyanın aktual problemlərinə dair beynəlxalq, ümumittifaq və respublika nəşrlərində 10 monoqrafiya və dərsliyi, dilçiliyin nəzəri və əməli məsələlərinə aid (habelə xaricdə) 150-yə yaxın elmi əsəri çap olunmuşdur.
Z.Budaqova 1949-1953-cü illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun türk dilləri sektorunun aspiranturasında təhsil almış, 1953-cü ildə "Müasir Azərbaycan dilində tərz kateqoriyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Zərifə Budaqova 1963-cü ildə "Azərbaycan ədəbi dilində sadə cümlə" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, Azərbaycan dilçilik elmində ilk qadın alim kimi elmlər doktoru elmi dərəcəsini almışdır.
Sonra çıxış edənlər professorlar İsmayıl Məmmədli, Məsud Mahmudov, Sayalı Sadıqova, filologiya elmləri doktoru Kamilə Vəliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Məmmədova və ADPU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Mətanət Mehdiyeva qeyd ediblər ki, Zərifə Budaqovanın Azərbaycan elmi və mədəniyyəti sahəsində xidmətləri yalnız onun monoqrafiya və kitabları, elmi irsi ilə ölçülmür. Onun ən böyük xidmətlərindən biri də alimin yüksək keyfiyyətli, dərin bilikli elmi kadrlar yetişdirməsidir. Zərifə Budaqovanın rəhbərliyi ilə 25 nəfəri filologiya üzrə fəlsəfə doktoru, 10 nəfər isə doktorluq dissertasiyaları müdafiə etmişdir. Alimin ölməz elmi irsi bu gün də sağlığında olduğu kimi öyrənilir, təhlil edilir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.