Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
02.12.2019

“Nəsimi ili”nə kiçik bir töhfə

AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məhəmməd oğlu Məmmədovun “İmadəddin Nəsiminin lesikası oğuz dilləri kontekstində” adlı monoqrafiyası çapdan çıxmışdır. Kitabın elmi redaktoru: filologiya elmləri doktoru, professor Sevil Mehdiyeva, rəyçilər: AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli və Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Qızılgül Abdullayevadır.
Qeyd edək ki, müəllif bu kitabda, eyni zamanda, köhnəlmiş isimləri və feilləri də tədqiqata cəlb etmiş, onların bu monoqrafiya AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 23 sentyabr 2019-cu il tarixli qərarı ilə nəşr olunub və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli sərəncamı ilə elan etdiyi “Nəsimi ili”nə kiçik bir töhfədir.
Kitabın “Giriş” hissəsində Türkologiyada Nəsiminin əsərlərinin dilini araşdıran tədqiqatçıların əsərləri xronoloji ardıcıllıqla təhlil edilmiş və nəticə olaraq, müəyyən olunmuşdur ki, şairin dili daha çox azərbaycanlı alimlər tərəfindən tədqiq edilmişdir. Digər türkdilli respublikalarda isə şairin əsərlərinin bədii tərtibatı, nəşri diqqətdə saxlanmışdır.
Monoqrafiyanın əsas hissəsini Nəsiminin dilində işlənmiş türk mənşəli ümümi isimlərin və feillərin oğuz qrupu türk dillərinin materialları ilə müqayisəli təhlili təşkil edir. Belə ki, müəllif I fəsildə türk mənşəli ümumi isimləri, II fəsildə isə feilləri müxtəlif leksik-semantik qruplara bölərək, oğuz qrupu türk dilləri ilə müqayisə etmişdir.
bir qisminin dialekt və şivələrimizdə indi də işləndiyini üzə çıxarmışdır.
İnanırıq ki, bu monoqrafiya nəsimişünaslar üçün maraqlı bir kitab olacaqdır.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.