Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
29.11.2019

“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri” mövzusunda respublika elmi konfransı keçirilib

Noyabrın 29-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri" mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbiri giriş sözü ilə institutun direktoru, akademik Möhsün Nağısoylu açaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildirib. Diqqətə çatdırıb ki, şairin yubileyi münasibətilə respublikamızda və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir.
Dahi mütəfəkkirin zəngin ədəbi irsi, Azərbaycan ədəbiyyatında mövqeyi barədə məlumat verən direktor bildirib ki, lirik şair olan Nəsimi mürəkkəb yaradıcılıq yolu keçib. Vurğulayıb ki, Nəsimi irsinin öyrənilməsi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar məhz ulu öndər Heydər Əliyev tərəfindən atılıb. Ümummilli liderin təşəbbüsü ilə dahi mütəfəkkirinin 600 illiyi UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq səviyyədə qeyd edilib. Həmin dövrdən etibarən Nəsiminin yaradıcılığı ilə bağlı çoxsaylı araşdırmalar aparılıb.


Daha sonra Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli mütəfəkkir şairin yaradıcılığındakı ideyalardan danışıb, ədibin irsinin geniş şəkildə öyrənilməsinin vacibliyini qeyd edib. Bildirib ki, İmadəddin Nəsimi Azərbaycan dilinin saflığı, milli zəmində inkişafı və təşəkkülü uğrunda ardıcıl, mütəşəkkil şəkildə mübarizə aparan böyük cəsarət sahibi idi. Dahi şairin yaradıcılığında mədəni müxtəliflik, humanist ideyalar geniş şəkildə təşviq olunub.
Konfransda professorlar Sevil Mehdiyeva  “Azərbaycan yazılı ədəbi dilinin başlanğıc mərhələsində İmadəddin Nəsimi fenomeni”, Paşa Kərimov “Nəsimi əlyazmaları dünya kitabxanalarında”, Natəvan Hacıyeva “Nəsimi yaradıcılığında söz konsepti”, filologiya üzrə fəlsəfə doktoru, dosent Vahid Zahidoğlu “Nəsimi dilinin bəzi poetik-üslubi xüsusiyyətləri” və tarix üzrə fəlsəfə doktoru Elnur Həsənov “İmadəddin Nəsiminin söz həqiqəti” adlı məruzələrlə çıxış ediblər.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.