Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
22.11.2019

HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB

22 noyabr 2019-cu il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA Humanitar Elmlər Bölməsinin ümumi yığıncağı keçirilmişdir. Tədbirdə bölmə üzvləri, bölməyə daxil olan elmi müəssisələrin rəhbərləri, elmi katibləri və digər aidiyyatı üzrə şəxslər iştirak etmişlər.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bölməyə daxil olan elmi müəssisələrdə 2019-cu il ərzində görülmüş elmi-tədqiqat işləri və kadr məsələlərini müzakirə etmək üçün tədbiri açıq elan etmişdir.
Tədbirdə bölməyə daxil olan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Folklor İnstitutu, Memarlıq və İncəsənət İnstitutu və Hüseyn Cavidin Ev Muzeyinin rəhbər və nümayəndələri illik hesabatlar üzrə məruzələrlə çıxış etmişlər.
Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva hesabat ilində institutda Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin fərman, qərar və sərəncamlarının icrası istiqamətində səmərəli iş aparıldığını qeyd etmişdir.
Elmi katib bildirmişdir ki, 2019-cu ilin dövlət rəhbərliyi tərəfindən “Nəsimi ili” elan edilməsinə cavab olaraq Dilçilik İnstitutunda Nəsimi yaradıcılığı ilə bağlı 6 kitab (5-i respublika daxilində, 1-i xaricdə) nəşr olunmuş, bir elmi sessiya keçirilmiş, bu ilin noyabr ayının 29-da İmadəddin Nəsimiyə həsr olunmuş respublika konfransının keçirilməsi nəzərdə tutulmuş, professor Sevil Mehdiyevanın rəhbərliyi ilə Nəsimi İşçi Qrupu yaradılmış və il ərzində bu qrupun üzvləri müxtəlif dövlət müəssisələrində Nəsimi ili ilə bağlı keçirilən tədbirlərdə mütəmadi olaraq çıxış etmişlər.


Aynel Məşədiyeva vurğulamışdır ki, Nəsimi ili ilə bağlı 24-26 iyun 2019-cu ildə Qazaxıstan Respublikasının Nursultan şəhərində Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq “Böyük Çöl” Humanitar Forumunda institutun direktoru, akademik Möhsün Nağısoylu “Türk ədəbiyyatında Nəsiminin yeri” adlı məruzə ilə çıxış etmişdir.
Elmi katib ölkə başçısının sərəncamlarına uyğun olaraq 2019-cu ildə Dilçilik İnstitutunda Azərbaycan dilçiliyinin və ədəbiyyatının görkəmli nümayəndələri Həmid Araslının, Cəlil Məmmədquluzadənin, Məmmədağa Şirəliyevin, Məmməd Cəfər Cəfərovun yubileyləri ilə əlaqədar tədbirlərin yüksək səviyyədə keçirildiyini qeyd etmişdir.
Dilçilik İnstitutunun üç nəşri – professor Qəzənfər Kazımovun “Azərbaycan dilinin tarixi sintaksisi” monoqrafiyası, “Azərbaycan dilinin qrammatikası. I cild. Fonetika. Fonologiya” kitabı və “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 2019-cu ilin mühüm elmi nəticələri olaraq təqdim olunmuşdur.
Bölmənin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli 2019-cu il ərzində AMEA-nın elmi müəssisələrinin illik hesabatlarını yüksək qiymətləndirmişdir.
Yekun olaraq AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirmişdir ki, 2019-cu ildə elmi-tədqiqat planları və dövlət sərəncamlarından irəli gələn bütün tapşırıqlar bölməyə daxil olan müəssisələr tərəfindən yüksək səviyyədə yerinə yetirilmişdir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.