Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
20.11.2019

Görkəmli dilçi alim Miryusif Mirbabayevin 130 illik yubileyi qeyd olunub

Noyabrın 20-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda gökəmli Azərbaycan dilçisi Miryusif Mirbabayevin anadan olmasının 130 illik yubileyinə həsr edilən dəyirmi masa keçirilib.
Tədbiri institutun direktoru, akademik Möhsün Nağısoylu açaraq alimin həyat və elmi fəaliyyətindən söz açıb. Qeyd edib ki, M.Mirbabayev ilk təhsilini İrəvandakı rus-tatar məktəbində və gimnaziyasında alıb, daha sonra 1916-cı ildə Moskva Universitetinin Hüquq fakültəsini bitirib. Diqqətə çatdırıb ki, o, 1938-1941-ci illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Lüğətlər İnstitutunda elmi katib işləyib, 1945-ci ildən isə Azərbaycan SSR Elmlər Akademiyasının yeni yaradılan Dilçilik İnstitutunun formalaşmasında mühüm rol oynayıb və ilk direktoru seçilib.
M.Mirbabayevin “Azərbaycan dilinin erməni dilinə təsiri” mövzusunda fundamental dissertasiya işi yazdığını xatırladan akademik alimin sözügedən əsərdə tarixi faktlarla erməni soyadlarının türk mənşəli olmasını sübuta yetirdiyini söyləyib. Bundan əlavə, 1940-1946-cı illərdə işıq üzü görən 4 cildlik “Rusca-azərbaycanca lüğət”inə görə M.Mirbabayevin 1948-ci ildə ilk dilçi alim kimi “Stalin mükafatı”na layiq görüldüyünü bildirib.


Alimin yüksək ixtisaslı peşəkar kadrların hazırlanması istiqamətində mühüm xidmətlər göstərdiyini deyən M.Nağısoylu M.Mirbabayevin əsərlərinin yenidən nəşr ediləcəyini vurğulayıb.
Daha sonra filologiya elmləri doktoru, professor İsmayıl Məmmədlinin “Miryusif Mirbabayevin Azərbaycan lüğətçiliyinin inkişafında rolu”, filologiya elmləri doktoru, professor İsmayıl Kazımovun “Miryusif Mirbabayevin həyat və yaradıcılığı” və filologiya elmləri doktoru, professor Şəfəq Əlibəylinin “Miryusif Mirbabayevin “Farsca-Azərbaycanca-rusca lüğəti” haqqında” mövzusunda məruzələri dinlənilib.
Sonda alimin nəvələri Miryusif Mirbabayev və Sürəyya Ağayeva çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına ailəsi adından öz minnətdarlığını bildirib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.