Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
09.10.2019

Akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi qeyd edilib

09 oktyabrda AMEA Nəsimi adına Dilçilik İnstitutunda görkəmli ədəbiyyatşünas və tənqidçi, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə həsr olunan tədbir keçirilib.
 Tədbiri müəssisənin direktoru, akademik Möhsün Nağısoylu açaraq Prezident İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb.
Möhsün Nağısoylu bildirib ki, M.C.Cəfərov Azərbaycan elmində çox görkəmli nəzəriyyəçi alim kimi qəbul edilib. Ölkəmizdə ədəbiyyatın digər sahələrinin inkişafında onun çox böyük xidmətləri olub.
M.Nağısoylu vurğulayıb ki, Məmməd Cəfər Cəfərovun Azərbaycan dili ilə bağlı dəyərli fikirləri vardır. Fars və ərəb dillərindən alınmaları təbii hal kimi qiymətləndirib.


Universal təfəkkürə malik olan alim professional ədəbiyyatşünaslığın qüdrətli yaradıcılarından biridir. Onun yaradıcılığında ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid aparıcılıq təşkil edir. Alimin üçcildlik “XIX əsr rus ədəbiyyatı tarixi” (1970, 1974) kitabları Azərbaycanda rus ədəbiyyatı ilə bağlı qələmə alınmış ən sanballı elmi əsərlər sayılır. 
Tədbirdə Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Şirindil Alışanlı məruzə ilə çıxış edib. Qeyd edib ki, ədəbiyyat tariximizin öyrənilməsində də akademikin əvəzedilməz xidmətləri var. Onun Nizami Gəncəvidən, Məhəmməd Füzulidən başlayaraq Hüseyn Cavidə, Səməd Vurğuna qədər söz sərrafları barədə apardığı tədqiqatlar ədəbiyyat tariximizin öyrənilməsində böyük əhəmiyyət daşıyır. “Klassiklərimiz haqqında”, “Seçilmiş əsərlər”, “Həyatın romantikası”, “Cəlil Məmmədquluzadə”, “Əntiqə adamlar”, “XIX əsr rus ədəbiyyatı”, “Sənət yollarında”, “M.F.Axundovun ədəbi-tənqidi görüşləri”, “Səni kim unudar”, əsərləri və “Məmməd Cəfər. Biblioqrafiya” kitabların müəllifidir.

 

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.