Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
01.09.2019

Uluslararası Kutadqu Bilik Qurultayı

2019-cu il 26-28 sentyabr tarixlərində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində türk dünyasının ilk yazılı bədii qaynaqlarından olan Yusif Xas Həcibin “Kutadqu bilik” poemasının yazılmasının 950 illiyinə həsr olunmuş Uluslararası Kutadqu Bilik Qurultayı keçirilmişdir. Qurultayda 15 ölkədən 102 nümayəndə iştirak etmişdir. Qurultay Türkiyədə hər il qeyd edilən 26 sentyabr Dil bayramına da həsr olunmuşdur. “Kutadqu bilik” məsnəvisi UNESCO-nun 2019-cu ildə ildönümü anılan abidələr siyahısına salınmışdır.
Türk Dil Qurumunun təşkilatçılığı ilə yüksək səviyyədə təşkil olunan bu nüfuzlu beynəlxalq qurultayda Azərbaycandan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri, professor İsmayıl Kazımov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə Quliyeva, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynurə Mahmudova, “Türkologiya” jurnalının əməkdaşı Rübabə İbrahimova, Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Qızılgül Abdullayeva iştirak etmişlər. Qurultayda “Kutadqu bilik” poemasının bədii-linqvistik xüsusiyyətləri haqqında müxtəlif mövzularda məruzələr edilmişdir.


Açılış mərasimində Azərbaycan Respublikasının nümayəndəsi kimi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, qapanış mərasimində isə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu çıxış etmişlər. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Yusif Balasaqunlu: Türk şeirinin Nizamisi”, akademik Möhsün Nağısoylu “Kutadqu Bilik” və Nizaminin məsnəvilərində hökmdar ədalət simvolu kimi”, professor İsmayıl Kazımov “Kutadqu Bilik”də tenqri-tanrı konsepti”, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli “Kutadqu bilik”də “tanrı” və “peyğəmbər” anlamlı sözlər”, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov “Kutadqu bilik”lə bağlı araşdırmaların tarixi və bu araşdırmaların Azərbaycandakı durumu”, filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva “Kutadqu bilik”də siyasi hüquq və siyasi-hüquq dili”, filologiya üzrə fəlsəfə doktoru Aynurə Mahmudova “Kutadqu bilik”dən Füzulinin türkcə divanına qədər rəng bildirən sözlərin araşdırılması” mövzularında məruzələr etmişlər. Azərbaycan alimlərinin çıxışları qurultay nümayəndələri tərəfindən böyük maraqla qarşılanmışdır.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.