Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
10.07.2019

Reklam, tərcümə və dublyaj işində Azərbaycan dilinin tələblərinə əməl edilməsi” mövzusunda dəyirmi masa keçirilib

10 iyulda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Media və Mülki Cəmiyyət İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının müəyyənləşdirdiyi “Azərbaycan ədəbi dilinin qorunması mövzusunda tədbirlərin təşkli” layihəsi çərçivəsində təşkil etdiyi “Reklam, tərcümə və dublyaj işində Azərbaycan dilinin tələblərinə əməl edilməsi” mövzusunda dəyirmi masa keçirilib.
İclası giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Məlumdur ki, ölkədə hər il Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.


M.Nağısoylu vurğulayıb ki, dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir.  Akademik bildirib ki, reklam xalqın dil, yazı mədəniyyətini göstərir: "Ona görə də ədəbi dil normaları gözlənilməlidir. Buna görə də hər bir vətəndaş bu sahəyə xüsusi diqqətlə yanaşmalı, reklamlara fikir verməlidir".
İclasda layihənin rəhbəri Xanoğlan Əhmədov və jurnalist Vasif Sadıqlı reklamlarıb dilindəki dil qüsurlarından bəhs ediblər.
Sonra Monitorinq şöbəsinin müdiri filologiya elmləri doktoru Sevinc Əliyeva bildirib ki, reklamın hazırlanması çox ciddi texnoloji prosesdir.  İstənilən obyektin ünvanı Azərbaycan dilində olmalıdır. Reklamlarda daha çox millilik, milli xüsusiyyət, milli təqdimat çatmır. Tərcümələr düzgün aparılmır. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” nda da küçə reklamlarının, afişaların yazılışının normaya uyğun olmasının vacibliyi vurğulanır. 
İclasda professor Sayalı Sadıqova, Dilçilik İnstitutunun Elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli, dosentlər Qüdsiyyə Qəmbərova,Sevinc Məmmədova və Güntəkin Binnətovanın reklamların dili ilə bağlı müxtəlif istiqamətləri əhatə edən çıxışları maraqla qarşılanıb. Tədbirdə nöqsanların aradan qaldırılması ilə bağlı təkliflər də səsləndirilib.
  Mətbuat xidməti

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.