Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
27.06.2019

IV Beynəlxalq “Böyük Çöl” Humanitar Forumu keçirilmişdir

Qazaxıstan Respublikasının Nursultan şəhərində Türk Akademiyasının təşkilatçılığı ilə 24-26 iyun 2019-cu ildə IV Beynəlxalq “Böyük Çöl” Humanitar Forumu keçirilmişdir. Həmin Forumda AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, həmin İnstitutun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova iştirak etmişdir. Forumun bir bölməsi Azərbay­ca­nın görkəmli şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuşdur. Həmin bölməyə aka­de­mik M.Nağısoylu və İndiana Universitetinin professoru N.Şahrani rəhbərlik etmişdir. Akademik M.Nağısoylu “Türk ədəbiyyatında Nəsiminin yeri” adlı məruzə ilə çıxış etmişdir. Forum çərçivəsində türkdilli ölkələrdə terminologiyanın inkişafını təmin etmək məqsədilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyədən gəlmiş terminoloqların birgə iclası keçirilmiş­dir. Bu iclasın məqsədi türkdilli ölkələrdə terminologiyanın inkişafını koordinasi­ya etmək, mütəxəssislərin qarşılıqlı əlaqələrini artırmaq, ortaq terminlə­rin yaradıl­ma­sı prinsiplərini müəyyənləşdirmək­dir. Bu məsələlərin həlli üçün “Dil və terminologiya” daimi komissiyası təsis edilmişdir. Tədbirdə Azərbaycan Respub­li­ka­sı Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini prof. S.A.Sadıqova “Terminoloji sistemin formalaşması və ona təsir edən amillər” adlı məruzə ilə çıxış etmişdir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.