Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
18.06.2019

“Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili məsələləri” mövzusunda Elmi sessiya keçirilib

19 iyunda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr edilmiş “Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili məsələləri”
mövzusunda Elmi sessiya keçirilib.
İclası giriş sözü ilə açan Dilçilik İnstitutunun Elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli Prezident cənab İlham Əliyevin 2019-cu il 17 yanvar tarixində imzaladığı “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamının əhəmiyyətindən danışıb.
B.Məhərrəmli bildirib ki, Cəlil Məmmədquluzadənin yaradıcılığında ortaq türk ədəbi dili, ana dilinin saflığı, əlifba məsələsi aparıcı mövzular idi.
C.Məmmədquluzadə  hesab edirdi ki, yazmaq, oxumaq, təlim və tərbiyə işləri doğma ana dilində aparılmalıdır. Onların milli maraqları üzərində qurulmalıdır.


Cəlil Məmmədquluzadə 1913-cü ildə yazdığı "Əlifba" felyetonunda əlifba ilə bağlı oxucu kütləsini maarifləndirir, onları düşünüb-daşınmağa, papaqlarını qabaqlarına qoyub fikirləşməyə çağırırdı. Ən çətin və elmi məsələləri sadə dillə başa salmaq, anlatmaq Cəlil Məmmədquluzadənin yolu, üslubu idi.
Sonra professor Alxan Bayramoğlu “Cəlil Məmmədquluzadənin əsərlərində “yuxarı silkin” bədii obrazları”, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Quliyeva “Cəlil Məmmədquluzadə yaradıcılığında toponimlərin üslubi xüsusiyyətləri”, dosent Səadət Vahabova “Cəlil Məmmədquluzadə yaradıcılığında milli mənlik problemi” mövzusunda məruzələrlə çıxış etmişlər.
Qeyd etmişlər ki, Cəlil Məmmədquluzadənin əsərləri Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi misilsiz bədii sənət nümunələridir. Bütün varlığı ilə Azərbaycan xalqına xidmət edən, Azərbaycan ədəbiyyatına yeni janrlar bəxş edən, yeni ədəbi məktəb yaradan, tənqidi realizmin banisi olan Cəlil Məmmədquluzadə ruhuna ehtiram və sevgi hər bir ziyalının mənəvi borcudur.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.