Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
10.06.2019

“Azərbaycan dilinin inkişafında Nəsimi poeziyasının rolu” mövzusunda Elmi sessiya keçirilib

10 iyunda AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilinin inkişafında Nəsimi poeziyasının rolu” mövzusunda Elmi sessiya keçirilib. İclası giriş sözü ilə açan Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün nağısoylu bilfirib ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamı xalqımızın mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisədir. Hesab edirik ki, bu Sərəncam ölkə Prezidentinin, Azərbaycan dövlətinin bədii sözə və ədəbiyyatımıza, incəsənət və mədəniyyətimizə verdiyi böyük dəyər və qayğının daha bir bariz nümunəsidir.
Akademik qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ ölkəmizə rəhbərliyinin birinci dönəmində (1969-1982) elm və mədəniyyətə, ədəbiyyat və incəsənətə, xüsusilə də xalqımızın mənəvi sərvəti olan ana dilimizə böyük diqqət və qayğı ilə yanaşaraq bu yöndə bir sıra məqsədyönlü tədbirlər həyata keçirib. Həmin tədbirlər sırasında məhz Ulu Öndərin təşəbbüsü ilə 1973-cü ildə böyük söz ustası İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESCO-nun tədbirlər planına daxil edilməsi və ölkəmizdə böyük təntənə ilə qeyd olunması xüsusi yer tutur. Məlum olduğu kimi, həmin yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində İmadəddin Nəsiminin möhtəşəm heykəli ucaldıldı, şair haqqında məşhur bədii film çəkildi, eləcə də böyük söz ustadının əsərləri həm doğma ana dilində, bəziləri isə bir sıra xarici dillərdə nəfis şəkildə nəşr olundu. 
Sonra professor Sevil Mehdiyeva “Nəsimi şeirlərində Azərbaycan dilinin xəlqiliyi”, dosent Qüdsiyyə Qəmbərova “Nəsimi dilində söz yaradıcılığı”, dosent Elçin Məmmədov “Nəsimi dilində arxaukləşmiş feillər və isimlər”, dosent Türkan Əskərova “Nəsimi poeziyasında frazeologizmlər” adlı məruzələrlə çıxış etmişlər.
Bildiriblər ki,  . şərqin dahi şairləri kimi, Nəsimi də filosof şair idi. Onun fəlsəfi qəzəllərinin böyük bir hissəsi aydın, səlis, əsl xalq dili sözləri ilə zəngin olduğundan sadə xalq da onu aydın başa düşürdü. Nəsimi Ana dilinin təbliğatçısı kimi fəlsəfi ideya və məsləkinin öz xalqına tam çatması üçün bu yoldan bir vasitə kimi istifadə edirdi. Əslində Nəsiminin təbliğatçısı olduğu hürufiliyin də rüşeymində xalq və xalqçılıq dururdu.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.