Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
23.05.2019

Dilçilik İnstitutu ilə Süleyman Dəmirəl adına Universitet arasında əməkdaşlıq memorandumu imzalanıb

Qazaxıstan Respublikası Süleyman Dəmirəl adına Universitetin əməkdaşı Jansaya İbreyimova Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Dilçilik İnstitutu ilə Süleyman Dəmirəl adına Universitet arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Jansaya İbreyimova əməkdaşlığa dair memorandumun əhəmiyyətindən danışıb, təşəbbüsə görə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoyluya təşəkkürünü bildirib. Qeyd edib ki, bu müqavilə hər iki elmi tədqiqat müəssisəsinin əməkdaşlarına bir-birinin təcrübəsindən yararlanmaq imkanı verəcək.

Sonra qonaq tətbiqi dilçilik, türk dilləri, terminologiya şöbələri və elmi kitabxananın fəaliyyəti ilə tanış olub, dilçiliyin aktual problemləri ilə bağlı müzakirələrdə iştirak edib. Təhsil şöbəsinin müdiri dosent Qətibə Quliyeva qonağa şöbənin iş planı və təhsil sahəsindəki fəaliyyəti, magistratura təhsilində dərslərin təşkili ilə bağlı məlumat verib, onu dərs prosesi ilə tanış edib.

Jansaya İbreyimova institutda dosent E.Əliyeva tərəfindən tədris olunan “Müqayisəli-tarixi qrammatika” dərsində “Türk dillərinin müqayisəli fonetikası” mövzusunda mühazirə dinləyib. Eyni zamanda, dərs prosesində türk dövlətlərində əlifba problemi ilə bağlı fikir mübadiləsi aparıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.